main-post-cover

    Təqdimatdan bir neçə saat öncə iPhone 13-ün real fotosu ortaya çıxıb

    Cihazlar+
    14.09.2021
    Farid Pardashunas
        Bugün axşam Apple şirkəti növbəti təqdimat tədbirini keçirdəcək. Baş tutacaq tədbirdə şirkət iPhone 13 smartfon seriyasını təqdim edəcək. Lakin təqdimat tədbirinə bir neçə saat qalmış internetdə yeni iPhone 13 modellərindən birinin real fotosu ortaya çıxıb. iPhone 13-ün arxa panelinin fotoları dəfələrlə internetdə ortaya çıxıb. Həmin fotolardan görmək olardı ki, iPhone 13 ilə iPhone 12 arasında dizayn fərqi olmayacaq. iPhone 13-ü keçən ilki iPhone 12-dən fərqləndirəcək əsas cəhət ondan ibarət olacaq ki, o, ekran üzərində daha kiçik ölçülü çıxıntı hissə ilə təchiz olunacaq. Beləliklə ortaya çıxmış fotodan da görmək olar ki, iPhone 13-ün ekranı üzərində olacaq çıxıntı hissənin ölçüsü həqiqətən də kiçilib. Bunun hesabına ekranın yuxarı hissəsində əks olunan məlumat ikonlarının sayı artıb. Bura əsasən batareya enerjisinin göstəricisi daxildir. Beləliklə iPhone 13 istifadəçisi batareya enerjisinin neçə faiz qaldığını bilmək üçün artıq bildirişlər panelini açmalı olmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər