Valve Steam Machine-in satışını gecikdirdi
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Valve şirkətinin ötən ilin noyabrında təqdim etdiyi Steam Machine, Steam Frame və Steam Controller cihazlarının satışa çıxarılması planlaşdırılandan gecikəcək. Şirkət əvvəlcə bu məhsulların 2026-cı ilin əvvəlində, bəzi media nümayəndələrinə isə konkret olaraq 2026-cı ilin birinci rübündə (Q1) satışa çıxacağını bildirmişdi. Lakin sənaye üzrə davam edən RAM və yaddaş çatışmazlığı bu planları dəyişib. Valve açıqlamasında bildirir ki, yaddaş komponentlərinin qiymətlərinin sürətlə artması və məhdud mövcudluğu səbəbindən həm buraxılış tarixləri, həm də qiymət siyasəti yenidən nəzərdən keçirilir.
Şirkətin rəsmi mövqeyinə görə, hər üç məhsulun ilin birinci yarısında satışa çıxarılması hədəfi hələ də qüvvədədir. Ancaq Valve hazırkı bazar şəraitini nəzərə alaraq, dəqiq tarix və qiymətləri yalnız tam əmin olduqdan sonra açıqlamaq istəyir.
Valve daha əvvəl qiymətlərlə bağlı konkret rəqəmlər paylaşmamışdı. Şirkət yalnız onu bildirmişdi ki:
- Steam Machine – giriş səviyyəli PC seqmentinə yaxın mövqelənəcək,
- Steam Frame – 999 dollarlıq Valve Index-dən daha ucuz olacaq,
- Steam Controller isə bazardakı qabaqcıl oyun kontrollerləri ilə rəqabət aparacaq.
Paylaş