Logo
    main-post-cover

    Valve Windows oyunlarını ARM telefonlara gətirir

    Cihazlar+
    03.12.2025
    Sevinc
        Technote.az "The Verge" platformasına istinadən bildirir ki, Valve yeni oyun konsolu Steam Machine ilə gündəmə gəlsə də, şirkətin əsl böyük hədəfinin tam fərqli olduğu ortaya çıxıb. Məlum olub ki, Valve illərdir qlobal oyun ekosistemini dəyişəcək bir layihəni, Windows oyunlarının ARM əsaslı telefon, planşet və noutbuklarda problemsiz işləməsini təmin edən texnologiyaları səssizcə maliyyələşdirir. Bu, sadəcə yeni bir cihaz layihəsi deyil, oyun sənayesi üçün strateji dönüş nöqtəsidir.
    Why Did Valve Stop Making Games?
        Bugün Windows oyunları x86 arxitekturası üçün hazırlanır və mobil ARM cihazlara port etmək uzun və bahalı proses tələb edir. Valve isə bunu tamamilə aradan qaldırmaq üçün yeni texnoloji baza yaradır:
    • Proton – Windows oyunlarını Linux-a uyğunlaşdıran qat (Steam Deck-də də istifadə olunur)
    • Fex emulatoru – x86 instruk­siyalarını ARM cihazlarda icra edən açıq mənbə texnologiya
        Bu iki sistem birlikdə artıq mobil telefonlarda belə PC oyunlarını işlədə bilir. Məsələn, Hollow Knight: Silksong Android üçün rəsmi olaraq mövcud olmasa da, artıq Samsung Galaxy telefonlarında açıq mənbə vasitəsilə oynamaq mümkündür.
    Paylaş