
Valve yeni VR cihazı üzərində çalışır
Cihazlar+
27.02.2025
Emil
2019-cu ildə Index VR cihazını və 2020-ci ildə "Half-Life: Alyx" VR oyununu satışa çıxartmış Valve şirkəti virtual reallıq bazarını yenidən canlandırmaq üçün yeni VR cihazını hazırlayır. Bu barədə şirkətin planları haqqında etibarlı məlumatlar paylaşan insayder Gabe Follower məlumat verib. Onun bir neçə mənbəyə istinadən vermiş olduğu məlumata əsasən Valve tamamilə avtonom və naqilsiz şəkildə çalışacaq VR cihazı üzərində çalışır.
Bu cihaz Meta Quest seriyasına bənzər olacaq. Məlumatda qeyd edilib ki, Valve tərəfindən hazırlanan yeni VR cihaz Deckard kod adına sahibdir. İddialara görə, bu yeni VR cihaz 2025-ci ilin sonuna qədər təqdim edilə bilər. Yeni cihazın qiyməti kifayət qədər yüksək olacağı gözlənilir - təxminən 1200$. Buna baxmayaraq, Gabe Follower-in sözlərinə görə, Valve keyfiyyətdən güzəştə getməmək üçün istehsal xərclərinin bir hissəsini subsidiya edəcək.

Cihazlar birlikdə bir neçə mini-oyunun təqdim olunması gözlənilir, bu da Index və Steam Deck ilə birlikdə verilən demo versiyalara bənzər ola bilər. Bundan əlavə, Valve cihazın VR olmayan oyunları böyük virtual ekranda oynamağa imkan verməsi variantını da nəzərdən keçirir. Bu funksiya cihazı PC-yə qoşmadan istifadə etməyə imkan verə bilər. Hazırda Valve tərəfindən rəsmi təsdiq yoxdur, ona görə də bu məlumatlara ehtiyatla yanaşmaq lazımdır. Əgər bu şayiələr təsdiqlənsə, yeni cihazın avtonom rejimdə hansı performansa sahib olacağını görmək maraqlı olacaq.
Mənbə: Neowin
Paylaş
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
