
Valve yeni yeni bir oyun konsolu üzərində çalışmış ola bilər oyun konsolu üzərində çalışmış ola bilər
Cihazlar+
04.02.2025
Emil
Steam Deck portativ oyun konsolu və Steam mağazası ilə tanınan Valve şirkəti, PlayStation və Xbox-a rəqib ola biləcək yeni bir oyun konsolu üzərində çalışmış ola bilər. İnsayderlərdən birinin vermiş olduğu məlumata əsasən, "Project Fremont" kod adı ilə tanınan bu yeni konsol, televizorla istifadə üçün nəzərdə tutulmuş stasionar bir cihaz olacaq.

Sızdırılan məlumatda qeyd edilib ki, "Project Fremont" HDMI CEC portuna sahib olacaq. Bu da cihazı birbaşa televizorun pultu ilə idarə etməyə imkan verəcək. Yeni konsol AMD Lilac aparat platformasında qurulacaq və Steam Deck ilə müqayisədə 2 qat güclü prosessor və 4 qat daha güclü qrafik performansa malik olacaq.
Valve şirkətinin strategiyası Microsoft və Sony-nin dominant olduqları stasionar konsol bazarına girmək və eyni zamanda multimedia cihazları sektorunda da mövqeyini gücləndirməkdir. Gözlənilir ki, bu yeni konsol əlverişli qiymətə – təxminən 200-300 avro arasında satışa çıxarılacaq. Lakin bütün bu məlumatların hələlik şayiə olduğunu və onlara ehtiyatla yanaşmaq lazım olduğunu da unutmaq lazım deyil.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Bennu asteroidinin Yer kürəsi ilə potensial toqquşmasının nəticələri açıqlanıb
