Logo
    main-post-cover

    Vivo V50-nin yeni render fotosu və bəzi texniki imkanları təqdim edilib

    Cihazlar+
    30.01.2025
    Emil
         Artıq məlumdur ki, Vivo şirkəti Vivo V50 smartfon seriyasını təqdim etməyə hazırlaşır. Buna görə də sözügedən smartfon seriyası barəsində məlumatlar tədricən ortaya çıxır. Technote.az 91mobiles saytına istinadən xəbər verir ki, Vivo 50 smartfonunun keyfiyyətli render fotosu və bəzi texniki imkanları ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfonun yalnız arxa paneli əks olunub. Məlumatda qeyd edilib ki, fotoda smartfon Rose Red gövdə rəngindədir.
         Daha öncəki məlumat sızıntılarına inansaq, Vivo V50-nin həmçinin mavi və boz gövdə rənglərinə sahib versiyaları da olacaq. Beləliklə ortaya çıxmış fotodan da görmək olar ki, Vivo-nin bu yeni smartfonunun arxa panelində oval formalı böyük kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə iki ədəd kameranın mövcud olacağı ayrıca dairəvi sahə yerləşəcək. Oval formanın aşağı hissəsində dairəvi LED işıqlandırma sistemini görmək olar.
         Fotoya əsasən Vivo V50-nin kənar hissələri yuvarlaq formaya sahib olacaqlar. Məlumatda qeyd edilib ki, smartfon özündə kənarları əyilmiş ekranı birləşdirəcək. Texniki imkanlara gəldikdə isə məlumata əsasən bu yeni smartfon Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP-lik ön kameranı birləşdirəcək. Bundan əlavə olaraq Vivo V50-nin 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.
    Paylaş