
Xiaomi 13 Ultra smartfonu düşünüldüyündən daha tez satışa çıxa bilər
Xiaomi 13 Ultra flaqman smartfonu əvvəl düşünüldüyündən daha tez satışa çıxa bilər. Verilmiş yeni məlumata əsasən smartfon artıq aprel ayında satışa çıxacaq. Halbuki daha öncəki məlumat sızıntılarında smartfonun may ayında satışa çıxacağı qeyd edilmişdi. Lakin smartfonun ilk növbədə hansı bazarda satışa çıxacağı bilinmir. Məntiqlə smartfon ilk növbədə Çin bazarında və daha sonra qlobal bazarda satışa çıxmalıdır. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə şirkət rəsmi şəkildə təsdiqləmişdi ki, Xiaomi 12S Ultra ilə müqayisədə Xiaomi 13 Ultra modeli qlobal bazarda satışa çıxacaq. Gözləntilərə əsasən Xiaomi 13 Ultra smartfonu 2K keyfiyyətli Samsung E6 ekranı, Snapdragon 8 Gen 2 prosessoru və 90 vatt gücündə sürətli şarj texnologiyası ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər