Xiaomi 4 smartfon modelinin dəstəyini dayandırıb

Xiaomi 4 smartfon modelinin dəstəyini dayandırıb

Mobil Cihazlar
29.12.2022 PAYLAŞIM

    Xiaomi şirkəti 4 smartfon modelinin dəstəyinin dayandırıldığını elan edib. Dəstəyi dayandırılmış smartfonlar EOS (End of Support) siyahısına daxil olublar. Bu dəfə şirkət 3 ədəd Redmi modelinin və 1 ədəd POCO modelinin dəstəyini dayandırıb. Söhbət, Redmi 8, Redmi 8A, Redmi K30 5G POCO X2 smartfonlarından gedir. Qeyd etmək lazımdır ki, POCO X2 smartfonunun istifadəçiləri son ana qədər MIUI 13 istifadəçi interfeysini əldə edəcəklərinə ümid bəsləyirdilər. Lakin sözügedən smartfonun dəstəyinin dayandırılması o deməkdir ki, POCO X2 modeli dəqiq şəkildə MIUI 13-ü əldə etməyəcək.

    Maraqlısı ondadır ki, MIUI 13-ün stabil versiyası POCO X2-də hələ bu ilin aprel ayında test edilmişdi. Lakin nəticə olaraq şirkət istifadəçi interfeysinin bu versiyasını sözügedən smartfon üçün istifadəyə verməkdən imtina etdi. Qeyd etmək lazımdır ki, dəstəyi dayandırılmış smartfonlar kiberhücumlara və digər proqram təminatı problemlərinə daha həssas olurlar. Belə ki, sözügedən smartfonlar üçün artıq heç bir təhlükəsizlik yenilənməsi təqdim edilmir. Bu səbəbdən də dəstəyi dayandırılmış smartfonların istifadəçiləri daha yeni modellərə keçid etmək barəsində düşünməlidirlər.




DAHA ÇOX


Google Pixel 8a-nın real fotoları ortaya çıxıb

Google Pixel 8 smartfon seriyasının hələ gələn ay təqdim olunacağına baxmayaraq internetdə artıq Pix..


Samsung Galaxy A05-in reklam materialları təqdim edilib

Biz artıq bir neçə dəfə xəbər vermişik ki, Samsung şirkəti Galaxy A05 adlı yeni büdcəli smartfon üzə..


Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+ təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Çində baş tutmuş təqdimat tədbiri çərçivəsində Redmi Note 13 smartfon seriyasını təqd..


Honor X40 GT Racing Edition smartfonu təqdim edilib - QİYMƏTİ

Honor şirkəti X40 GT Racing Edition adlı yeni smartfonunu təqdim edib.


Elektromobil istehsalçısı NIO öz ilk smartfonu NIO Phone-nu təqdim edib - QİYMƏT..

Çinin elektromobil istehsalçısı olan NIO şirkəti NIO Phone adlı ilk smartfonunu təqdim edib.


Samsung Galaxy S23 FE müxtəlif regionlarda fərqli prosessorlara sahib olacaq

Google Play Console servisində Samsung Galaxy S23 FE smartfonunun iki versiyada qeydiyyat məlumatlar..

×