Xiaomi-nin qatlana bilən smartfonunun prototip versiyasının real fotoları ortaya çıxıb

Xiaomi-nin qatlana bilən smartfonunun prototip versiyasının real fotoları ortaya çıxıb

Mobil Cihazlar
18.03.2021 PAYLAŞIM

    Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Xiaomi şirkəti bu il özünün ilk qatlana bilən smartfon modelini satışa çıxartmağı planlaşdırır. İndi isə onun prototipinin real fotoları ortaya çıxıb. Şirkətin ilk qatlana bilən smartfon modelinin prototip versiyası Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxıb. Ortaya çıxmış fotolardan belə qənaətə gəlmək olar ki, sözügedən smartfon Mi Mix seriyasına daxil olacaq və xarici görünüşcə Galaxy Z Fold 2-ni xatırladacaq. Belə ki, smartfon kitab formatında hazırlanb və iki ekran ilə üçlü kameranı əldə edib.

    Əsas ekran smartfonun daxili hissəsində, köməkçi ekran isə xarici hissəsində yerləşdirilib. Smartfonun texniki özəlliklərinə gəldikdə isə bir sıra məlumatlara əsasən o, Snapdragon 888 prosessoru, 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran və 108 MP-lik kamera ilə təchiz olunmalıdır. Gözləntilərə əsasən smartfon MIUI 12 istifadəçi interfeysinin təkmilləşdirilmiş versiyası üzərində çalışacaq. Bundan əlavə olaraq Xiaomi-nin bu il bir yox bir neçə qatlana bilən smartfon təqdim edəcəyi gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei bu il Mate 50 smartfon seriyasını təqdim etməyə bilər

Çindən olan kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən Huawei şirkəti bu il Mate 4..


Yeni Honor 50 smartfonları təqdim olunub - QİYMƏTİ

Keçən il Huawei-dən ayrılaraq müstəqil şirkətə çevrilmiş Honor özünün yeni Honor 50 smartfon seriyas..


OnePlus Nord N200 smartfonu təqdim olunub - QİYMƏTİ

Öncədən heç bir elan etmədən OnePlus şirkəti OnePlus Nord N200 adlı yeni smartfonunu təqdim edib. ..


Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar verilib

Digital Chat Station ləqəbli məşhur çinli insayder Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində..


Yeni OnePlus Nord CE smartfonu təqdim olunub - QİYMƏTİ

OnePlus şirkəti xüsusi təqdimat tədbiri çərçivəsində OnePlus Nord CE smartfonunu təqdim edib...


Samsung yeni orta büdcəli Galaxy A22 və A22 5G smartfonlarını təqdim edib - QİYM..

Samsung şirkəti yeni orta büdcəli Galaxy A22 və A22 5G smartfonlarını təqdim edib.

×