
Xiaomi Poco-nun smartfon seriyası genişlənir: Şirkət yeni smartfon üzərində çalışır
Cihazlar+
22.07.2020
Emil
Xiaomi şirkəti özünün Poco brendinin smartfon seriyasını genişləndirməyə davam edir. Qeyd etmək lazımdır ki, şirkət artıq Poco F2 Pro, Poco M2 Pro və Poco X2 smartfon modellərini təqdim edib. Hal hazırda isə şirkət Poco brendinin büdcəli smartfonu üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər erib. Şirkətin Poco C3 adlı yeni smartfon modeli Bluetooh SIG saytının məlumatlar bazasında aşkar edilib.
Sözügedən smartfon M2006C3M model nömrəsinə sahibdir. Qeyd etmək lazımdır ki, Redmi 9 smartfonu da bu cür model nömrəsinə (M2006C3MG) sahibdir. Bu cür oxşarlığa görə güman etmək olar ki, Poco C3 smartfonu Redmi 9-un kopyası olacaq. Poco C3 modelinin yalnız Hindistan bazarında satışa çıxacağını da istisna etmək olmaz.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
