main-post-cover

    Xiaomi Watch S3-ün və Pad 6S Pro-nun qlobal versiyaları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.02.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti MWC 2024 sərgisi çərçivəsində daha iki cihazının qlobal versiyalarını təqdim edib. Söhbət, Xiaomi Watch S3 smart saatından və Xiaomi Pad 6S Pro planşetindən gedir. Qeyd etmək lazımdır ki, Xiaomi Watch S3 smart saatı hələ keçən ilin oktyabr ayında, Xiaomi Pad 6S Pro planşeti isə keçən həftə Xiaomi 14 Ultra ilə birlikdə Çində təqdim olunmuşdu. Bu cihazların qlobal versiyaları həm xarici görünüş həm də texniki özəlliklər baxımından Çində satılan versiyalardan fərqlənmirlər.
         Lakin satış qiyməti mövzusunda fərqlilik var. İlk növbədə qeyd etmək lazımdır ki, Xiaomi Watch S3 smart saatının texniki özəllikləri ilə bu linkdən, Xiaomi Pad 6S Pro planşetinin texniki özəllikləri ilə isə bu linkdən tanış ola bilərsiniz. Xiaomi Watch S3 yaxın zamanda 150 avro qiymətində satışa çıxacaq. Xiaomi Pad 6S Pro planşetinə gəldikdə isə qlobal bazarda o, yalnız bir versiyada satışa çıxacaq. Söhbət, 8 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib versiyadan gedir. Onun qiyməti 700 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Watch 2 smart saatı təqdim edilib - QİYMƏTİ
    xiaomi-watch-2-smart-saati-teqdim-edilib-qiymeti
    Xiaomi 14 və Xiaomi 14 Ultra-nın qlobal versiyaları təqdim olunub - QİYMƏTİ
    xiaomi-14-ve-xiaomi-14-ultra-nin-qlobal-versiyalari-teqdim-olunub-qiymeti
    Xiaomi 14 Ultra-nın kameraları vasitəsilə çəkilmiş foto nümunıələr ortaya çıxıb
    xiaomi-14-ultra-nin-kameralari-vasitesile-cekilmis-foto-numunieler-ortaya-cixib
    Redmi brendi ən güclü noutbukunu anons edib
    redmi-brendi-en-guclu-noutbukunu-anons-edib
    Redmi Display G Pro gaming monitoru təqdim edilib - QİYMƏTİ
    redmi-display-g-pro-gaming-monitoru-teqdim-edilib-qiymeti