
Yaxın zamanda büdcəli Redmi 14C 4G smartfonu təqdim ediləcək
Cihazlar+
21.08.2024
Emil
91mobiles saytının vermiş olduğu məlumata əsasən Xiaomi-nin Redmi brendi qlobal bazarda yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Məlumata əsasən brendin yeni büdcəli smartfonu Redmi 14C 4G adlanacaq. Məlumatda həmçinin qeyd edilib ki, Redmi 14C 4G smartfonu MediaTek Helio G81 prosessoru vasitəsilə çalışacaq və 4 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edəcək. Smartfonun bazara iki gövdə rəngində satışa çıxacağı gözlənilir. Qara və mavi. Bununla yanaşı Redmi 14C 4G-nin qutudan HyperOS interfeysli Android 14-ü əldə edəcəyi güman edilir. Smartfonun dəqiq şəkildə nə zaman təqdim olunacağı barəsində məlumat olmasa da, bu, avqust ayının sonuna kimi baş tuta bilər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
