Logo
    main-post-cover

    Yaxın zamanda təqdim olunacaq Sony Xperia 1 VI flaqman smartfonunun render fotoları təqdim edilib

    Cihazlar+
    03.05.2024
    Farid
         Az əvvəl biz, Sony şirkətinin növbəti flaqman smartfonu olacaq Xperia 1 VI-in texniki imkanları barəsində xəbər verdik. İndi isə Android Headlines saytı sözügedən smartfonun keyfiyyətli render fotolarını təqdim edib. Beləliklə təqdim edilmiş fotolara əsasən Xperia 1 VI smartfonu yastı gövdəni və ekranı əldə edəcək. Smartfon gövdəsinin künc hissələri isə dairəvi formada olacaq. Smartfonun ekranı üzərində heç bir çıxıntı hissə olmayacaq. Bunun əvəzinə ön kamera yuxarı çərçivədə yerləşəcək. Bu artıq Xperia smartfonlarının dizaynlarında ənənə halına gəlmiş bir özəllikdir.
         Xperia 1 VI-in arxa panelində oval formalı kamera sahəsi yerləşəcək və onun daxilində 3 ədəd obyektiv ilə LED işıqlandırma mövcud olacaq. Kamera sahəsinin daxilində ZEISS T yazısını görmək olar. Bu isə o deməkdir ki, smartfon kameraları ZEISS T adlı xüsusi örtüyə sahib olacaqlar. Gözləntilərə əsasən Xperia 1 VI smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib LTPO OLED ekranı əldə edəcək, Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Qeyd etmək lazımdır ki, Xperia 1 VI smartfonunun təqdimatı 17 may tarixində baş tutacaq.
    Paylaş