Yeni məlumat sızıntısı Google Pixel 9a-nın texniki imkanlarını ortaya çıxarıb
Cihazlar+
30.10.2024
Emil Nəcəfov
Google şirkətinin orta büdcəli Google Pixel 9a smartfonunu gələn ilin mart ayında təqdim edəcəyi gözlənilir. İndi isə internetdə sözügedən smartfonun texniki özəllikləri barəsində məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Pixel 9a smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.3 düym ölçülü AMOLED ekranla təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Pixel 8a smartfonu 6.1 düym ölçülü ekrana sahibdir.
Məlumatda qeyd edilib ki, smartfon Tensor G4 prosessoru vasitəsilə çalışacaq və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda Pixel 9a smartfonu 48 MP + 13 MP ikili arxa kameranı və 13 MP-lik ön kameranı əldə etməlidir. Batareyaya gəldikdə isə məlumata əsasən smartfon 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və üstəlik 7.5 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Rusiyadan Google-a 20.000.000.000.000.000.000.000.000.000.000.000 dollar dəyərində cərimə!
Rusiyadan Google-a 20.000.000.000.000.000.000.000.000.000.000.000 dollar dəyərində cərimə!
Rusiya, Google-ı keçmişdəki məhkəmə işləri ilə əlaqədar cəzalarla birlikdə 20 desilyon dollardan çox bir məbləğdə ciddi bir cəriməyə məhkum edib.
Google və Samsung kimi digər şirkətlər də öz smartfonlarında 7 illik Android dəstəyini təmin edə biləcəklər
Google və Samsung kimi digər şirkətlər də öz smartfonlarında 7 illik Android dəstəyini təmin edə biləcəklər
Google və Samsung Android smartfon istehsalçıları arasında 7 il müddətinə əməliyyat sistemi yenilənməsini təklif edən ilk şirkətlər oldular.
Google şirkəti Play Protect vasitəsilə Android-in təhlükəsizliyini gücləndirməyə hazırlaşır
Google şirkəti Play Protect vasitəsilə Android-in təhlükəsizliyini gücləndirməyə hazırlaşır
Google şirkəti Android-in təhlükəsizlik sisteminə yeni funksiyanın əlavə edilməsi üzərində çalışır.
Google Pixel 10-da istifadə ediləcək Tensor G5 prosessorunun bəzi texniki imkanları açıqlanıb
Google Pixel 10-da istifadə ediləcək Tensor G5 prosessorunun bəzi texniki imkanları açıqlanıb
Android Authority saytı gələn il təqdim olunacaq Google Pixel 10 smartfonlarında istifadə ediləcək Tensor G5 prosessorunun əsas özəllikləri barəsində məlumat verib.
Google Pixel 9a-nın ölçüləri bir qədər böyük olacaq
Google Pixel 9a-nın ölçüləri bir qədər böyük olacaq
Google şirkəti avqust ayında Pixel 9 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL və qatlana bilən Pixel 9 Pro Fold modelləri daxil oldular. İndi isə şirkət orta büdcəli Pixel 9a modeli üzərində çalışır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!