
Yeni Sony Xperia smartfonlarının təqdimat tarixləri dəyişib
Cihazlar+
08.05.2024
Farid
Bir neçə gün bundan öncə Sony şirkəti yeni Xperia smartfonlarının təqdimatlarını anons etmişdi. Yeni Xperia smartfonlarının təqdimatları 17 may tarixində baş tutmalı idi. Lakin Sony təqdimat tədbirinin keçiriləcəyi tarixin dəyişdiyini bildirib və yeni tarixi elan edib. Beləliklə Sony-nin yeni Xperia smartfonlarının təqdimatları 15 may tarixində baş tutacaq. Təqdimat tədbiri Yaponiyada keçiriləcək. Qeyd etmək lazımdır ki, baş tutacaq tədbirdə şirkət Xperia 1 VI flaqman smartfonunu və orta büdcəli Xperia 10 VI smartfonunu təqdim edəcək.

Son məlumatlara əsasən Xperia 1 VI flaqman smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib LTPO OLED ekranı əldə edəcək və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Orta büdcəli Xperia 10 VI smartfonuna gəldikdə isə onun texniki imkanları barəsində elə də geniş bir məlumat yoxdur. Sadəcə məlum olan odur ki, Xperia 10 VI bazara 3 gövdə rəngində satışa çıxacaq və özündə ikili arxa kamera ilə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirəcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
