Yüksək keyfiyyətə sahib olmayan qatlana bilən iPhone smartfonu iPhone brendini məhv edə bilər

Yüksək keyfiyyətə sahib olmayan qatlana bilən iPhone smartfonu iPhone brendini məhv edə bilər

Mobil Cihazlar
11.05.2023 PAYLAŞIM

    Strategy Analytics şirkətinin tədqiqatlar üzrə direktoru Neil Mawston-un sözlərinə əsasən Apple şirkətinin nəticə etibarilə qatlana bilən cihazlar konsepsiyasının bazarda mövqelərini gücləndirməyə yardımçı olub-olmayacağı və ya onun bu ideyadan ümumiyyətlə imtina edəcəyi tam aydın deyil.

    “Apple qatlana bilən cihazlar bazarını qurmağı və ya məhv etməyi mümkün edəcək imkanlara sahibdir. Əgər Apple qatlana bilən smartfonlar bazarı üçün hazır olmayan qatlana bilən smartfonu vaxtından tez təqdim etsə, bu, iPhone seriyasını ümumilikdə məhv edə bilər. Bu bazarın mənfəət göstəricilərinin 10 milyardlarla dollara çatacağı 2025-ci ilə qədər Apple bazara qatlana bilən smartfonu satışa çıxartmasa, deməli narahat olmaq üçün əsaslı səbəblər olacaq” - deyə Neil Mawston qeyd edib.


    Google şirkəti öz ilk qatlana bilən smartfonu Pixel Fold-u təqdim edəndən sonra Apple mobil cihazlar bazarında lider şirkətlər arasında qatlana bilən cihaza sahib olmayan yeganə təmsilçi oldu. Məlumata əsasən şirkət qatlana bilən iPhone üzərində işlərə bir neçə il bundan öncə start verib. Lakin şirkət onun təqdim edilməsinə tələsmir. Bu cür strategiya Apple üçün bir ilk deyil. Belə ki, şirkətlər arasında yeni məhsulların təqdim edilməsi məsələsində tələsməyən şirkət kimi məhz Apple tanınır.



DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×