main-post-cover

    Yüngül gövdəyə sahib Lenovo ThinkPad X1 Carbon Gen 13 Aura Edition noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.09.2024
    Emil Nəcəfov
         Lenovo şirkəti özünün ThinkPad noutbuk seriyasının yeni yüngül modelini təqdim edib. Bu seriyanın yeni noutbuku Lenovo ThinkPad X1 Carbon Gen 13 Aura Edition adlanır. Beləliklə sözügedən yeni noutbuk 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 14 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. ThinkPad X1 Carbon Gen 13 Aura Edition-un gövdəsi maqnezium ərintisi ilə karbon lifindən hazırlanıb. Nəticədə noutbukun gövdəsinin çəkisi 980 qramm, qalınlığı isə 14.37 mm təşkil edir.
         Sözügedən noutbuk Intel Core Ultra 7 prosessoru vasitəsilə çalışır və özündə Intel Arc Xe2 qrafikasını birləşdirir. Bununla yanaşı noutbuk LPDDR5x-8533 standartlı 32 GB-a kimi RAM yaddaşını və 2 TB-a kimi SSD-ni əldə edib. Noutbukun batareya həcmi isə 57 vatt-saat təşkil edir. Lenovo bildirib ki, yeni noutbuk bir dəfə şarj olunandan sonra 18 saat ərzində çalışa bilir. Lenovo ThinkPad X1 Carbon Gen 13 Aura Edition Wi-Fi 7 dəstəyinə sahibdir və özündə Thunderbolt 4, USB-A, HDMI 2.1 girişlərini birləşdirir. Noutbuk noyabr ayında satışa çıxacaq və onun qiyməti 2000$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qlobal bazarda Lenovo Yoga Pro 7 noutbuku təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-lenovo-yoga-pro-7-noutbuku-teqdim-edilib-qiymeti
    Lenovo IFA 2024 sərgisində yeni konseptual noutbukunu sərgiləyib
    lenovo-ifa-2024-sergisinde-yeni-konseptual-noutbukunu-sergileyib
    Lenovo-nun yeni gaming planşeti Geekbench testlərindən keçib
    lenovo-nun-yeni-gaming-planseti-geekbench-testlerinden-kecib
    Lenovo Legion R32qc-30 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lenovo-legion-r32qc-30-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Lenovo yeni flaqman planşetini təqdim etməyə hazırlaşır
    lenovo-yeni-flaqman-plansetini-teqdim-etmeye-hazirlasir