Huawei şirkəti özünün yenilənmiş MateBook noutbook seriyasını təqdim edib

26.02.2019 0 PAYLAŞIM 1716 OXUNMA

    

MWC 2019 sərgisində Huawei şirkəti MateBook 13 noutbookunu təqdim edib. Təqdim olunmuş yeni noutbook seriyası nazik gövdə özəlliklərini, ekran ətrafı nazik çərçivələri, yaxşı texniki göstəriciləri və yüksək batareya həcmini özündə birləşdirir. Beləliklə təqdim olunmuş yeni noutbook modeli 2560x1440 piksel keyfiyyətli 13 düym WHQD ekrana sahibdir. Ekranın özü is 100%-lik sRGB rəng əhatəsi və 350 nt parlaqlıq səviyyəsini dəstəkləyir. Bununla yanaşı noutbookun ekranı ön panelin 88%-ni əhatə edir. Onu da qeyd etmək lazımdır ki, noutbookun həmçinin sensorlu ekran versiyası da var. Həmin versiyanın ekranı Gorilla Glass qoruyucu şüşəsi ilə örtülüb. Tam qapalı şəkildə noutbookun qalınlğı 14.9 mm təşkil edir.


    Versiyasından asılı olaraq MateBook 13 modeli 4 nüvəli 3.9 GHz tezlikli Intel Core i5-8265U və ya 4.6 GHz tezlikli Core i7-8565U prosessoru, Intel UHD 620 və ya NVIDIA GeForce MX150 qrafik kartları ilə təchiz olunub. Hər bir versiyada standart olaraq 2133 MHz tezlikli LPDDR3 tipli 8 GB-lıq RAM quraşdırılıb. Noutbook iki daxili yaddaş həcmi versiyasında satışa çıxarılacaq (PCI-Express interfeysli 256 GB və 512 GB SSD daxili yaddaşı). Noutbookun gövdəsində iki ədəd USB Type-C girişi və qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş var. Bundan əlavə olaraq noutbooka HDMI və ya VGA vasitəsilə əlavə xarici ekranın qoşulması üçün MateDock 2 aksessuarı da nəzərdə tutulub. MateBook 13 4 ədəd səsgücləndiriciyə (Dolby Atmos texnologiyası dəstəkli), 2 mikrofona sahibdir və üstəlik 4K videonu əks etdirə bilir.


    Qeyd etmək lazımdır ki, təqdimat zamanı Huawei irkəti özünün OneHop adlı yeni texnologiyasını da təqdim etdi. Deməli təqdim olunmuş noutbooklar NFC modula sahibdirlər və istifadəçi öz smartfonunu həmin FC modulun yerləşdiyi yerə toxundurmaqla smartfonundakı lazımi faylları sürətli şəkildə noutbooka göndərə bilər. Bu texnologiya məhz OneHop adlanır. Noutbookdakı təhlükəsizlik sistemini yandırıb/söndürmə düyməsinə inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası da təmin edir.

    Noutbookdakı batareya bir dəfə şarj olunandan sonra 10.3 saat ərzində video izləmək mümkündür. 15 dəqiqəlik şarj prosesi isə 2.5 saat çalışmağa imkan verir. Beləliklə i5 prosessorlu, 256 GB daxili yaddaş həcmli və UHD 620 qrafik kartlı model 999 avro qiymətində, i5 prosessorlu, 256 GB daxili yaddaş həcmli və MX 150 qrafik kartlı model 1099 avro qiymətində, i7 prosessorlu, 512 GB daxili yaddaş həcmli və UHD 620 qrafik kartlı model 1199 avro qiymətində, i7 prosessorlu, 512 GB daxili yaddaş həcmli, MX 150 qrafik kartlı və sensor ekranlı model isə 1399 avro qiymətində satışa çıxacaq.


    MateBook 13 modelindən əlavə olaraq Huawei şirkəti öz təqdimatında həmçinin iki ədəd yenilənmiş noutbook versiyasını da təqdim etdi. Söhbıt, MateBook X Pro MateBook 14 modellərindən gedir. Yenilənmiş modellərin özəllikləri arasında yüksək həcmli batareya göstəriciləri, yeni texniki göstəricilər, biometrik təhlükəsizlik sistemi və qeyri-adi konstruksiyalı veb kamera var.

Huwei MateBook X Pro:


    MateBook X Pro modeli əvvəlki versiyanın dizayn özəlliklərini özündə birləşdirsə də bir sıra yenilikləri əldə edib. MateBook X Pro noutbooku 3000x2000 piksel keyfiyyətli 13.9 düym sensorlu IPS ekrana sahibdir. Ekranın özü həmçinin 450 nt parlaqlıq səviyyəsini, 100%-lik sRGB rəng əhatəsini dəstəkləyir və Gorilla Glass qoruyucu şüşəsi ilə örtülüb. Noutbookun 1 MP-lik ön kamerası klaviatura panelinin yuxarı hissəsində yerləşdirlib. Əsas texniki göstəricilərə gəldikdə isə MateBook X Pro modeli 8-ci nəsil Intel Core i5-8265U / i7-8565U prosessoru, GDDR5 tipli 2 GB videoyaddaşlı NVIDIA GeForce MX250 / Intel UHD Graphics 620 qrafik kartı, 2133 MHz tezlikli LPDDR3 tipli 8/16 GB RAM, NVMe PCIe tipli 512 GB/1 TB SSD daxili yaddaş həcmi və Dolby Atmos texnologiyası ilə təchiz olunub.


    Noutbookun yandırıb/söndürmə düməsinə həmçinin barmaq izi skanı texnologiyası da inteqrasiya edilib. Bundan əlavə olaraq MateBook X Pro bir ədəd USB Type-C Thunderbolt 3, iki ədəd USB Type-C 3.1 və bir ədəd USB 3.0 Type-A girişləri ilə təchiz olunub. Noutbookda olan batareya həcmi vasitəsilə 13 saat ərzində fasiləsiz video izləmək mümkündür. MateBook X Pro modeli bu ilin may ayında satışa çıxacaq. Intel Core i5 prosessorlu, 8 GB RAM-lı və 512 GB daxili yaddaş həcmli versiya 1599 avro qiymətində, Intel Core i7 prosessorlu, 16 GB RAM-lı və 1 TB daxili yaddaş həcmli versiya isə 1999 avro qiymətində satışa çıxacaq.


Huawei MateBook 14:

    Sözügedən noutbook modeli MateBook X Pro modelinin daha sadələşdirilmiş versiyası kimi çıxış edir. MateBook X Pro-dan fərqli olaraq MateBook 14 modeli daha kiçik ölçülü ekran ilə təchiz olunub. Belə ki, MateBook 14 modeli 2160x1440 piksel keyfiyyətli və 300 nt parlaqlıq səviyyəli IPS ekrana sahibdir. Əsas texniki göstəricilərə gəldikdə isə MateBook 14 modeli Intel Core i7-8565U / Intel Core i5-8265U prosessoru, GDDR5 tipli 2 GB videoyaddaşlı NVIDIA GeForce MX250 videokartı, 8/16 GB RAM və NVMe tipli 512 GB daxili yaddaş həcmi ilə təchiz olunub.


    Noutbookun əlavə özəllikləri arasında klaviaturaya inteqrasiya edilmiş veb kamera, yandırıb/söndürmə düyməsinə inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası və Dolby Atmos texnologiyası dəstəyi var. MateBook 14 modeli də yenicə təqdim edilmiş digər noutbooklar kimi NFC vasitəsilə OneHop texnologiyasını dəstəkləyir. Bununla yanaşı MateBook 14 modeli 2 ədəd USB Type-A, bir ədəd USB Type-C, 3.5 mm-lik audiogiriş və HDMI girişinə sahibdir.


    Şirkətin verdiyi məlumata əsasən noutbookdakı batareya həcmi vastəsilə fasiləsiz olaraq 15 saat ərzində video izləmək mümkündür. Noutbookda olan yeni nəsil sürətli şarj texnologiyası vasitəsilə isə 15 dəqiqəlik şarj prosesi 3 saatlıq çalışmaya bəs edir. MateBook 14 modeli bu ilin may ayında satışa çıxacaq. Core i5 prosessorlu, 8 GB RAM-lı və 512 GB daxili yaddaş həcmli versiya 1199 avro qiymətində, Core i7 prosessorlu və 16 GB RAM-lı versiya isə 1499 avro qiymətində satışa çıxacaq.

Qeyd edək ki, MWC 2019 yayımlarımızın sponsoru Kontakt Home mağazalar şəbəkəsidir.