Logo
    BMW Apple-ın CarPlay Ultra sistemini avtomobillərinə əlavə etməyəcək

    BMW Apple-ın CarPlay Ultra sistemini avtomobillərinə əlavə etməyəcək

    Nəqliyyat
    29.11.2026
        “BMW” bu həftə bir daha açıqlayıb ki, “Apple”ın “CarPlay Ultra” sistemini avtomobillərinə əlavə etməyi planlaşdırmır. “BMW”nin rəqəmsal texnologiyalar üzrə meneceri Claudia Maier bu qərarı məlumatların təhlükəsizliyi ilə izah edib. Onun sözlərinə görə, “BMW” istifadəçi məlumatlarını şirkət daxilində saxlamaq istəyir.
        “BMW” bu qərarını ilk dəfə 2025-ci ilin sentyabrında mətbuat tədbirində açıqlamışdı. Şirkətdə avtomobil ekranlarının görünüşünə və idarə olunmasına cavabdeh baş vitse-prezident Stephan Durach o vaxt “CarPlay Ultra”nı elə də maraqlı saymadığını demişdi. O, “BMW” avtomobillərində ekranların xüsusi qaydada yerləşdirildiyini və şirkətin öz sistemi ilə daha çox iş görmək olduğunu qeyd etmişdi.
        Claudia Maier sistemin “BMW” avtomobillərində sınaqdan keçirilib-keçirilmədiyini deməyib. O, standart “CarPlay” və “Android Auto”nun işləməyə davam edəcəyini təsdiqləyib. Maierin sözlərinə görə, “BMW” sürücüləri yalnız avtomobilin öz sistemindən istifadə etməyə məcbur etmək istəmir.
        “CarPlay Ultra” hazırda yalnız “Aston Martin” avtomobillərində işləyir. “Apple” sistemin başqa markaların avtomobillərində nə vaxt işləyəcəyini açıqlamayıb. Fevralda yayılan məlumata görə, “Hyundai” və ya “Kia”nın azı 1 yeni modelində sistemin işə düşəcəyi gözlənilirdi. Bunun 2026-cı ilin 2-ci yarısında baş verəcəyi deyilirdi, amma planın qüvvədə qalıb-qalmadığı hələ məlum deyil.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...