main-post-cover

    BYD, Ford Motoru geridə qoyaraq dünyanın 6-cı ən böyük avtomobil istehsalçısı olub

    Nəqliyyat
    05.12.2024
    Emil Nəcəfov
          1 il bundan öncə BYD şirkəti qlobal miqyasda Tesla-nı müəyyən müddətlik geridə qoyandan sonra bu iki şirkət arasındakı dünyanın ən böyük elektromobil istehsalçısı statusu uğrunda rəqabəti hamının diqqətini öz üzərinə çəkdi. Çində BYD artıq uzun müddətdir ki, ən böyük avtomobil istehsalçısıdır. Qlobal miqyasda isə şirkət bu siyahıda yalnız 6-cı yerə çatıb. Bu nailiyyəti BYD bu ilin üçüncü rübündə əldə edib. Məlumata əsasən bu ilin üçüncü rübündə BYD şirkəti ümumilikdə 1.13 milyon ədəd avtomobil istehsal edib. Onlar hibrid və elektromobillərdən təşkil edilib. Öz tarixində ilk dəfə şirkət bir rüb çərçivəsində 1 milyondan çox avtomobil sata bilib.
          Beləliklə MarkLines reytinqi nöqteyi nəzərdən BYD dünya reytinqində Ford Motor şirkətini geridə qoyaraq dünyanın 6-cı ən böyük avtomobil istehsalçısı statusunu əldə edib. Qeyd etmək lazımdır ki, Çin istehsalçıları arasında BYD-dan sonra gələn şirkət Geely-dir. O, Çindən kənarda çoxlu sayda müxtəlif avtomobil markasına sahibdir. Geely bu ilin üçüncü rübündə ümumilikdə 820 000 avtomobil sataraq öz mövqelərini yaxşılaşdırıb. Şirkət dünya reytinqində Nissan-ı qabaqlayaraq dünyanın 9-cu ən böyük avtomobil istehsalçısına çevrilib. O bu mövzuda sadəcə Honda-dan geridə qalır. Beləliklə bu il ilk dəfə üçüncü rüb göstəriciləri sayəsində dünya reytinqinə iki Çin istehsalçısı daxil ola bilib. Dünyanın ən böyük avtomobil istehsalçısı reytinqində liderliyi isə hələ də Toyota Motor şirkəti qorumaqda davam edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çin istehsalı elektromobillərin nəyə görə belə ucuz satıldıqları məlum olub
    cin-istehsali-elektromobillerin-neye-gore-bele-ucuz-satildiqlari-melum-olub
    Dünyanın ən sürətli şarj olan elektrikli avtomobil batareyası təqdim edilib!
    dunyanin-en-suretli-sarj-olan-elektrikli-avtomobil-batareyasi-teqdim-edilib
    BYD-nin elektrikli super avtomobili, saatda 375 km sürətə çata bilib! (VİDEO)
    byd-nin-elektrik-super-avtomobili-saatda-375-km-surete-cata-bilib-video
    Elektrikli avtomobil satışları əhəmiyyətli dərəcədə artıb!
    elektrikli-avtomobil-satislari-ehemiyyetli-derecede-artib
    BYD Shark adlı hibrid pikap təqdim edilib - QİYMƏTİ
    byd-shark-adli-hibrid-pikap-teqdim-edilib-qiymeti