
BYD-nin 10 000$-a kimi olan elektromobilləri də avtopilotu əldə edəcəklər
Nəqliyyat
11.02.2025
Emil
Heç kimə sirr deyil ki, Çin avtomobil istehsalçıları xüsusilə elektromobil seqmentində sərt rəqabət şəraitində çalışmağa məcburdurlar. Yerli bazarın lideri BYD şirkəti hələ də Tesla-nın qlobal bazardakı mövqelərinə təhdid yaradır. Çinin avtomobil nəhəngi bildirib ki, inkişaf etmiş sürücü yardım sistemləri onun 10 000$-dan ucuz olan ən büdcəli modellərində belə əlçatan olacaq. South China Morning Post qeyd edib ki, yaxın gələcəkdə ən azı 21 ədəd BYD elektromobili və hibrid modeli SAE təsnifatına görə ikinci səviyyədən aşağı olmayan aktiv sürücü yardım sistemləri ilə təchiz ediləcək.

BYD-nin qurucusu və idarə heyətinin sədri Wang Chuanfu bu addımı yeni bir dövrün başlanğıcını simvolizə edəcəyini və bütün müştərilərə “ağıllı” idarəetməyə çıxış imkanı yaradacağını bildirib. BYD-nin "God’s Eye" adlandırılan avtopilot sistemi 5000 mühəndisdən ibarət komandanın son 7 ildə apardığı işlər sayəsində bazarın gözləntilərini üstələyəcək. Analitiklərin proqnozlarına görə, Çin bazarında satılan yeni avtomobillərin 2/3 hissəsi hər hansı bir avtopilot sistemi ilə təchiz olunacaq. Bu il Çin bazarında təqdim ediləcək ən azı 15 milyon yeni avtomobil SAE təsnifatına görə ikinci səviyyədən aşağı olmayan avtonom idarəetmə sisteminə malik olacaq.
BYD-nin CEO-su Wang Chuanfu:

Bu səviyyə sürücünün yol vəziyyətinə daimi nəzarət etməsini və əllərini sükan üzərində saxlamasını tələb edir, lakin texniki baxımdan bir çox manevrlərin avtomatlaşdırılmasına imkan verir. Sürücü istənilən an idarəetmə prosesinə müdaxilə etməyə hazır olmalıdır. Goldman Sachs analitiklərinin qiymətləndirməsinə görə, BYD-nin bu təşəbbüsü Çin avtomobil bazarına ciddi təsir göstərəcək, lakin şirkətdən, əsas rəqibləri olan XPeng, Huawei (Seres və Aito) və Nio qarşısındakı geriliyi aradan qaldırmaq üçün böyük səylər göstərməyi tələb edəcək.
Ekspertlərin fikrincə, bazarın lideri olan BYD vəziyyəti öz xeyrinə dəyişmək üçün real imkanlara malikdir. Son illərdə ikinci səviyyəli aktiv sürücü yardım sisteminin dəyəri bir avtomobil üçün 1400$-a qədər enib və son 3 ildə iki dəfə azalıb. Tesla hələ də Çində FSD (Full Self-Driving) sistemini test mərhələsində saxlayır və seriyalı elektromobillərin sahibləri üçün onun istifadəsinə icazə almayıb. Bundan əlavə, ABŞ-da FSD-nin aktivləşdirilməsi 8000$-a başa gəlir, halbuki BYD ikinci səviyyəli avtopilot sistemini müştərilərinə əlavə ödəniş olmadan təqdim edir. Bu seçim, şirkətə rəqabət mübarizəsində əlavə üstünlük qazandıracaq.
Mənbə: South China Morning Post
Paylaş
Bənzər xəbərlər

Nəqliyyat
2024-cü ildə dünyanın ən böyük elektromobil istehsalçısı BYD olub
Tesla artıq dünyanın ən böyük elektromobil istehsalçısı deyil. 2024-cü ildə bu şirkət ümumilikdə 1 773 443 ədəd elektromobil istehsal edib. Lakin digər bir istehsalçı bu mövzuda Tesla-nı geridə qoymağı bacarıb.

Elm & Texnologiya
BYD şirkəti insanabənzər robotların hazırlanmasına istiqamətlənib
Dünyanın ən böyük elektromobil istehsalçılarından biri olan BYD özünün 15-ci biznes şöbəsi əsasında süni zəka əsaslı məhsulların hazırlanmasına istiqamətlənmiş xüsusi laboratoriyanı formalaşdırıb.

Nəqliyyat
BYD, Ford Motoru geridə qoyaraq dünyanın 6-cı ən böyük avtomobil istehsalçısı olub
1 il bundan öncə BYD şirkəti qlobal miqyasda Tesla-nı müəyyən müddətlik geridə qoyandan sonra bu iki şirkət arasındakı dünyanın ən böyük elektromobil istehsalçısı statusu uğrunda rəqabəti hamının diqqətini öz üzərinə çəkdi.

Nəqliyyat
Çin istehsalı elektromobillərin nəyə görə belə ucuz satıldıqları məlum olub
Yaponiyanın Çubu adlı mərkəzi regionunda Çin istehsalı avtomobillərin qeyri-adi sərgisi fəaliyyətə başlayıb. Keçirilən sərginin qeyri-adi tərəfi isə ondadır ki, sərgidəki Çin istehsalı avtomobillər hər bir vintə kimi hissələrə ayrılmış şəkildə təqdim olunub.

Nəqliyyat
BYD-nin elektrikli super avtomobili, saatda 375 km sürətə çata bilib! (VİDEO)
BYD-nin yeni elektrik super avtomobili Yangwang U9, 375 km/saat sürətə çataraq texniki göstəricilərindən kənara çıxmağı bacarıb. Bəs bu super idman avtomobilinin xüsusiyyətləri nələrdir?
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
