Logo
    main-post-cover

    Çin üçün hazırlanan Audi-lər Avropaya gəldi

        Audi-nin yalnız Çin bazarı üçün hazırladığı elektromobillər şirkətin rəsmi planlarında olmamasına baxmayaraq Avropada satışa çıxmağa başlayıb. Maraqlısı odur ki, avtomobillər Çindən gətirildikdən, bütün gömrük və qeydiyyat xərcləri ödənildikdən sonra belə Audi-nin Avropada istehsal etdiyi oxşar modellərdən daha ucuz başa gəlir. Almaniyanın Auto China şirkəti Audi və SAIC tərəfindən Çin bazarı üçün yaradılmış AUDI E5 Sportback və E7X modellərini Almaniyaya idxal edir. Bunlar Avropada tanıdığımız Audi modellərindən fərqli olaraq, şirkətin Çində istifadə etdiyi yeni AUDI brendi altında istehsal olunur.
    AUDI E5 Sportback launch pre-sales in China at 32,800 USD with 773 km range  and massive 59" LED screen
        Qiymət fərqi isə kifayət qədər böyükdür. E5 Sportback-in ən güclü versiyası 579 kVt gücə və 100 kVt·saat batareyaya sahibdir. Avtomobil Almaniyaya gətirildikdən sonra belə, oxşar ölçülü batareyaya malik Audi S6 Sportback e-tron-dan təxminən 28 min avro ucuz başa gəlir. Oxşar vəziyyət E7X krossoverində də müşahidə olunur. Avtomobilin çatdırılma, qeydiyyat və ƏDV daxil Almaniyada qiyməti təxminən 86 800 avrodur. Müqayisə üçün, Almaniyada istehsal edilən və həm ölçü, həm də güc baxımından daha aşağı göstəricilərə malik Audi SQ6 e-tron təxminən 93 800 avroya satılır.
        Bu fərq xüsusilə ona görə diqqət çəkir ki, Çində istehsal olunan elektromobillərin Avropa İttifaqına idxalına istehsalçıdan asılı olaraq əlavə gömrük rüsumları tətbiq edilir. Buna baxmayaraq, Çindən gətirilən AUDI modelləri Avropada istehsal edilən Audi-lərdən daha sərfəli qala bilir. Audi isə Çin modellərinin Avropa üçün nəzərdə tutulmadığını vurğulayır. Şirkətin bildirdiyinə görə, avtomobillər SAIC ilə birlikdə hazırlanmış Advanced Digitized Platform üzərində qurulub və Çinin rəqəmsal ekosisteminə uyğunlaşdırılıb.
    Paylaş