
Elon Musk Tesla-nın pilotsuz taksisinin təqdimatını elan edib
Nəqliyyat
08.04.2024
Farid
Son zamanlarda Tesla elektromobillərinin satışları və gəlirləri aşağı düşüb. Bundan əlavə olaraq məlumata əsasən şirkət öz büdcəli elektromobil ideyasından da imtina edib. Buna baxmayaraq Elon Musk Tesla-nın pilotsuz taksiləri təqdim edəcəyini elan edib. Təqdimat tədbiri 8 avqust tarixində baş tutacaq. Qeyd etmək lazımdır ki, Musk bu elanı Reuters saytının büdcəli Tesla elektromobili ideyasının ləğv edilməsi xəbərini verdikdən sonra edib. Reuters saytının xəbərində məhz qeyd edilib ki, Tesla büdcəli elektromobil ideyasından imtina edərək pilotsuz taksilər layihəsinə öz diqqətini ayırıb.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
