Harbinger avtonom idarəetmə şirkəti Phantom AI-ı satın aldı
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, elektrikli yük maşınları istehsalçısı Harbinger avtonom idarəetmə proqram təminatı hazırlayan Phantom AI şirkətini satın aldığını elan edib. Bu, Harbinger-in ilk satınalmasıdır və şirkətin texnologiyanı daxili şəkildə inteqrasiya edərək yeni gəlir mənbələri yaratmaq strategiyasının bir hissəsidir.
Harbinger son bir ildə əsasən elektrik yük maşını şassiləri istehsal edib və satıb. Ötən ay isə şirkət batareya bloklarını enerji saxlama və əlavə enerji təchizatı məqsədilə ayrıca satışa çıxaracağını açıqlamışdı. Bu istiqamətdə ilk müştəri məşhur karvan istehsalçısı Airstream olub.
Şirkət həmçinin Phantom AI-dan əldə etdiyi inkişaf etmiş sürücü dəstək sistemləri (ADAS) üçün artıq ilk lisenziya tərəfdaşını tapıb. Almaniyanın avtomobil texnologiyaları nəhəngi ZF Group bu texnologiyanı Harbinger-dən lisenziyalaşdıraraq minik avtomobilləri istehsalçılarına təqdim etməyi planlaşdırır. Müqavilələrin maliyyə detalları açıqlanmayıb.
Paylaş