Logo
    main-post-cover

    Lucid Motors həm CEO dəyişdi, həm də 750 milyon dollar yeni yatırım aldı

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Lucid Motors uzun müddətdir boş qalan rəhbərlik postuna yeni baş direktor təyin edib. Şirkət rəsmi olaraq bildirib ki, onun yeni CEO-su sənaye sektorunda uzun illər idarəçilik təcrübəsinə malik Silvio Napoli olacaq. Napoli daha əvvəl lift və eskalator istehsalçısı olan Schindler Group şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışıb və bundan sonra həm də Lucid-in direktorlar şurasına daxil olacaq.
    Lucid to release software update for Gravity SUV after reviewer complaints
        Yeni CEO təyinatı ilə yanaşı, şirkət maliyyə baxımından da önəmli dəstək əldə edib. Taksi və nəqliyyat platforması Uber Lucid-ə əlavə 200 milyon dollar investisiya ayırıb. Bunun müqabilində Uber şirkətin gələcəkdə təqdim edəcəyi robotaksi üçün uyğunlaşdırılmış orta ölçülü avtomobillərindən əlavə 25 min ədəd sifariş verəcək. Beləliklə, Uber-in Lucid-ə ümumi investisiyası 500 milyon dollara, ümumi minimum avtomobil sifarişi isə 35 min ədədə çatıb.
        Bununla yanaşı, Lucid-in əsas səhmdarı olan Saudi Arabian Public Investment Fund da şirkətə əlavə olaraq 550 milyon dollarlıq sərmayə yatıracağını açıqlayıb. Bu, Səudiyyə fondunun son illərdə Lucid-ə etdiyi növbəti böyük maliyyə dəstəyi hesab olunur.
        Hazırda Lucid şirkəti kritik dövrdən keçir. İstehsalçı bazarda gözlənilən satış nəticələrini verməyən Air sedan modelindən sonra diqqətini yeni Gravity SUV modelinə yönəldib və bu avtomobilin istehsalını artırmağa çalışır. Şirkət eyni zamanda təxminən 50 min dollar qiymət seqmentinə daxil olacaq yeni orta platformalı modellər üzərində də işləyir.
    Paylaş