Tesla Model Y-ın rəqibi: BYD Sea Lion 07 elektrikli krossoveri təqdim edilib - QİYMƏTİ
Nəqliyyat
14.05.2024
Emil Nəcəfov
Çinin avtomobil istehsalçısı olan BYD şirkəti Tesla Model Y-ın rəqibi olacaq yeni elektrikli krossoverini təqdim edib. Şirkətin yeni elektrikli krossoveri BYD Sea Lion 07 adlanır. Bu yeni elektrikli krossoverin dizaynı BYD Ocean-X elektromobil konsepti ilə BYD Seal elektromobilinin kombinasiyasını xatırladır. Onun uzunluğu 4830 mm, eni 1925 mm, hündürlüyü isə 1620 mm təşkil edir. Elektromobilin arxa yük daşıma hissəsinin həcmi 500 litr, ön yük daşıma hissəsinin həcmi isə 58 litrdir. BYD Sea Lion 07 elektromobili e-Platform 3.0 Evo adlı yeni orijinal platforma əsasında hazırlanıb. BYD Sea Lion 07 elektromobili 3 versiyada təqdim edilib.
Birinci versiya arxa çəkim təkərlərinə və 231 at gücündə bir ədəd elektrikli mühərrikə, ikinci versiya arxa çəkim təkərlərinə və 313 at gücündə bir ədəd elektrikli mühərrikə, üçüncü versiya isə həm arxa həm də ön çəkim təkərlərinə və ümumi 530 at gücündə iki ədəd elektrikli mühərrikə sahibdir. Bir elektrikli mühərrikə sahib modellərdən biri 71.8 kilovat saat həcmli batareya, digəri isə 80.64 kilovat saat həcmli batareya ilə təchiz olunub. 71.8 kilovat saat həcmli batareyaya sahib model ümumilikdə 550 km yol qətt edə bilir və o, saatda 100 km sürəti 7.3 saniyəyə yığır.
80.64 kilovat saat həcmli batareyaya sahib model isə ümumilikdə 610 km yol qətt edə bilir və saatda 100 km sürəti 6.7 saniyəyə yığır. İki ədəd elektrikli mühərrikə sahib modelə gəldikdə isə o, 550 km yol qətt edə bilir və saatda 100 km sürəti 4.2 saniyəyə yığır. BYD Sea Lion 07-nin hər üç versiyası sürətli şarj texnologiyasını dəstəkləyir. Bunun sayəsində elektromobil 10%-dən 80%-ə qədər enerjini 25 dəqiqəyə yığa bilir. 80%-dən 100%-ə qədər şarj müddəti isə 18 dəqiqə təşkil edir. Elektromobilin salon dizaynı minimalistik tərzdə hazırlanıb.
Sükanın arxasında rəqəmsal məlumat paneli, ön hissədə mərkəzdə isə 15.6 düym ölçülü sensorlu ekran yerləşir. Elektromobilin audio sistemi qismində 12 ədəd səsgücləndirici çıxış edir. BYD Sea Lion 07 elektromobili DiPilot 100 God's Eye adlı sistemə sahibdir. Bu sistem sürücüyə yardım sistemi qismində çıxış edir və o, 12 ədəd ultrasəs radarından, 5 ədəd millimetrlik dalğa radarından və 11 ədəd kameradan təşkil edilib. Sözügedən elektrikli krossoverin satışlarına yaxın zamanda Çində start veriləcək. Onun qiyməti isə 26 000$-dan start götürəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
BYD şirkəti öz yeni konseptual elektromobilini sərgiləyib (VİDEO)
BYD şirkəti öz yeni konseptual elektromobilini sərgiləyib (VİDEO)
Çinin BYD şirkəti büdcəli elektromobillər ilə yanaşı zaman-zaman eksklüziv elektromobillər də təqdim edir.
BYD-nın yeni batareyaları sayəsində elektromobillər daha çox yol qətt edə biləcəklər
BYD-nın yeni batareyaları sayəsində elektromobillər daha çox yol qətt edə biləcəklər
Çinin elektromobil istehsalçısı olan BYD şirkətinin batareyaları Tesla, Ford, Kia, Hyundai, Toyota və digər məşhur avtomobil şirkətlərinin elektromobillərində istifadə edilir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!