Logo
    main-post-cover

    Xiaomi elektromobilinin əsasını təşkil edən platformanın təqdimatı anons edilib

    Nəqliyyat
    25.12.2023
    Emil
         Xiaomi-nin CEO-su Lei Jun şirkətin elektromobil istehsalı üçün nəzərdə tutulmuş Stride adlı platformanın təqdimatını anons edib. Çinin Weibo adlı sosial şəbəkəsində təqdim edilmiş posterə əsasən Stride platformasının təqdimatı 28 dekabr tarixində baş tutacaq. Avtomobil platforması bir qayda olaraq özündə avtomobil gövdəsinin bir hissəsini, asqını, təkər bazasını, sükan mexanizmini, transmissiyanı və mühərriki birləşdirir. Lakin insayderlərin sözlərinə əsasən Stride platformasının tərkibinə həmçinin elektromobilin süni zəka alqoritmləri vasitəsilə hərəkəti funksiyası da daxil ola bilər. Çox güman ki, Xiaomi-nin Su7 adlı elektromobili də məhz Stride platforması əsasında qurulub. Lei Jun bildirib ki, təqdimat çərçivəsində yalnız platformanın əsas texnologiyaları sərgilənəcək. Elektromobilin özünün nə zaman təqdim olunacağı isə hələ bilinmir.
    Paylaş