Logo
    main-post-cover

    Zoox ABŞ-də robotaksi şəbəkəsini genişləndirir

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Zoox ABŞ-də robotaksi layihəsini genişləndirir. Şirkət yaxın vaxtlarda avtomatlaşdırılmış nəqliyyat vasitələrini Dallas və Phoenix şəhərlərində sınaqdan keçirməyə başlayacağını açıqlayıb. Zoox ilkin mərhələdə şəhərlərin xəritələşdirilməsi və məlumatların toplanması üçün sürücü nəzarətində olan, yenidən təchiz edilmiş Toyota Highlander SUV avtomobillərindən istifadə edəcək. Daha sonra isə şirkət özünün xüsusi olaraq hazırladığı tam avtonom robotaksilərini istifadəyə verməyi planlaşdırır.
    Amazon's Zoox robotaxis steer into Dallas, rivaling Waymo - CultureMap  Dallas
        Şirkətin bildirdiyinə görə, bu iki şəhər avtonom sistemlərin yeni şəraitlərdə sınaqdan keçirilməsi üçün mühüm imkan yaradacaq. Phoenix-də yüksək temperatur, toz və sürətli magistral yollar mövcuddur, Dallas isə daha geniş yol şəbəkəsi və dəyişkən hava şəraiti ilə seçilir. Zoox həmçinin hər iki şəhərdə yeni servis depoları açacaq. Bundan əlavə, Scottsdale şəhərində donanmanın idarə olunması, uzaqdan nəzarət və sərnişin dəstəyi üçün xüsusi əməliyyat mərkəzi yaradılır.
        Bu addımla Zoox-un fəaliyyət və sınaq bazası ABŞ-də 10 şəhərə çatacaq. Şirkət hazırda Las Vegas, San Francisco, Seattle, Austin, Miami, Los Angeles, Atlanta və Washington, DC kimi şəhərlərdə də fəaliyyət göstərir. Xatırladaq ki, Amazon Zoox şirkətini 2020-ci ildə 1,3 milyard dollara satın almışdı. Şirkətin məlumatına görə, avtonom avtomobillər indiyədək 1 milyondan çox məsafə qət edib və 300 mindən artıq sərnişinə xidmət göstərib. Robotaksi bazarında rəqabət də getdikcə artır. Alphabet şirkətinə məxsus Waymo ABŞ-də fəaliyyətini genişləndirir. Eyni zamanda Tesla ötən il robotaksi xidmətini təqdim edib, lakin bu xidmət hazırda əsasən Austin şəhərinin bəzi hissələrində məhdud şəkildə fəaliyyət göstərir.
    Paylaş