Reklam
10 yaşı tamam olan əfsanə oyun Point Blank artıq Azərbaycan dilini dəstəkləyir

10 yaşı tamam olan əfsanə oyun Point Blank artıq Azərbaycan dilini dəstəkləyir

Oyun və Film
03.04.2020 PAYLAŞIM

        Nfinity Games, TAM Game Oyunçu Portalı nəzdində fəaliyyət göstərən və bu il 10 yaşını qeyd edən MMOFPS janrında olan Point Blank ilə oyunçulara sadəcə Türkiyədə yox, AzərbaycanƏrəb ölkələrində də ən yaxşı xidməti və oyun təcrübəsini təqdim etmək üçün ilk günkü həyəcanıyla işləməyə davam edir. 

Azərbaycanın populyar MMOFPS və E-sport oyunu Point Blank Nfinity Games təşəbbüsü ilə ana dilimizdə istifadəyə təqdim olundu.

Bənzər xəbər


        Nfinity Games, Point Blank sevənlər üçün yeni alış-veriş təcrübəsi yaşadan və oyun üçün məhsul satışını veb və mobil platformalarına daşımaqla xidmət sektorunda ilkə imza atan TAM Store layihəsinin ardınca daha bir yeniliklə qarşımızdadır.

Point Blank artıq Azərbaycan dilindədir!

        Azərbaycanlı oyun həvəskarları öz sevimli Point Blank oyununu artıq daxili səsləndirmə ilə yanaşı, həm də tamamilə öz dilimizdə də oynaya biləcəklər. Böyük sevinclə qeyd etmək istəyirik ki, Point Blank timsalında Azərbaycan ana dilində ilk FPS oyununa beləcə qovuşdu! Nfinity Games olaraq bu təşəbbüs sayəsində daha bir yeniliyə imza atmağın və Azərbaycana ilk ana dilində FPS oyunu təqdim etməyin qürurunu yaşayırıq!

        Nfinity Games bölgədəki oyunçuları daha aktiv bir qrup halına gətirmək və yerli oyunçularımızın daha əyləncəli bir mühitdə oyundan həzz almaqları üçün başqa layihələr də gerçəkləşdirməyə davam edəcək. Şirkətin baş direktoru Dongjune Shin öz çıxışında qeyd etdi: “Azərbaycan 2020-ci ildə Nfinity Games üçün önəmli prioritetlərdən biri olub. Artan tələbat və azərbaycanlı oyunçuların böyük marağı bizim üçün yeni fürsətlər yaratdı.  Bu işin üstündə gərgin çalışdıq və nəticədə azərbaycanlı oyunçulara dil dəstəyi təqdim etmək böyük həyəcana səbəb oldu. Azərbaycanda azərbaycanlı oyunçulara öz ana dillərində təqdim olunmuş ilk FPS oyunu olmaq bizim üçün böyük sevincdir.”

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


'God of War: Ragnarok' oyunu barəsində yaxın zamanda yeni məlumatlar təqdim edil..

Son həftələr doğru insayder məlumatları ilə məşhurluq qazanmış Twitter-in The Snitch ləqəbli istifad..


'Ghost of Tsushima 2'?: Sucker Punch studiyası PS5 üçün yeni eksklüziv oyun üzər..

“Infamous” oyun seriyası və “Ghost of Tsushima” oyunu ilə məşhurluq qazanmış Sucker Punch Production..


Xbox & Bethesda Games Showcase: 'Starfield', yeni 'Forza Motorsport' və Hide..

Dünən Microsoft şirkəti tərəfindən keçirilmiş Xbox & Bethesda Games Showcase 2022 tədbiri çərçiv..


'Call of Duty: Modern Warfare II'nin ilk gameplay videosu sərgilənib (VİDEO)

Keçirilmiş Summer Game Fest 2022 adlı online tədbir çərçivəsində Activision Blizzard şirkəti hazırla..


'The Last of Us' oyununun Playstation 5 və PC üçün remake versiyası anons edilib..

Nauhty Dog studiyasının kreativ direktoru Neil Druckmann gecə saatlarında keçirilmiş Summer Game Fes..


'Call of Duty: Modern Warfare II'nin videosu təqdim olunub və onun barəsində ilk..

Activision Blizzard şirkəti “Call of Duty: Modern Warfare II” oyununun videosunu təqdim edib.

×