343 İndustries artıq Halo 6 üzərində işlərə start verib
Oyun və Film
07.05.2017
Farid
Halo seriyasının 5-ci hissəsi hələ satışa çıxmağa hazırlaşdığı ərəfədə 343 İndustries studiyası artıq 6-cı hissənin ssenarisini yazmağa başlayıb. Bu barədə seriyanın inkişafı üzrə direktoru Frank O'Connor bildirib.
"Biz artq bilirik ki, növbəti Halo-da nələr baş verəcək. Hal-hazırda komandamız ümumi planlamanı həyata keçirtməklə yanaşı artıq yeni oyun üçün bir neçə konsept art da hazırlayıb. Bundan əlavə olaraq 343 İndustries artıq bilir ki, növbəti 10 il ərzində Halo seriyasını hansı istiqamətdə inkişaf etdirəcək" - deyə studiya bildirib. O'Connor qeyd edib ki, Halo seriyasının hər bir hissəsinin finalı yeni hissənin başlanğıcı üçün müəyyən təsəvvür yaradır. Halo 5: Guardians bu barədə istisna olmayacaq. Daha sonra o qeyd edib ki, artıq Master Chief ilə sonda nə baş verəcəyini çox gözəl bilir. Halo 5: Guardians 27 oktyabr tarixində eksklüziv olaraq Xbox One konsolu üçün satışa çıxacaq.

Paylaş
Bənzər xəbərlər