
Angry Birds 2 anons olunub
Oyun və Film
07.05.2017
Farid
Rovio Entertainment şirkəti rəsmi olaraq Angry Birds oyununun davamı Angry Birds 2-ni anons edib. Oyunun təqdimatı 28 iyul, satışa çıxması isə 30 iyul tarixində baş tutacaq. Angry Birds 2-nin hansı platformalar üçün satışa çıxacağı hələki bilinmir. Lakin təxmin etmək olar ki, oyun mobil telefonlar üçün satışa çıxandan sonra konsollar üçün də təşrif edəcək. Bundan əlavə Rovio Entertainment bildirib ki, Angry Birds oyunlarının ümumi yüklənmə sayı 3 milyarda çatıb. Təbii ki, bu yükləmələrin hamısı ödənişli olmayıb. Oyun çox vaxt müəyyən aksiyalar çərçivəsində pulsuz təqdim olunurdu. Lakin buna baxmayaraq şirkət oyunun belə bir nəticə göstərməsi ilə qürurlanmamaya bilməzdi.
Paylaş
Bənzər xəbərlər