
Avengers: Infinity War filminin ikinci möhtəşəm traileri təqdim olundu
Oyun və Film
16.03.2018
Emil
Avengers komandası və onun müttəfiqləri Yer kürəsini müxtəlif təhlükələrdən qoruduqları bir müddətdə yeni böyük təhlükə baş verir. Qalaktik tiran olan Thanos reallığı istəyə görə dəyişə bilən bütün Sonsuzluq Daşlarını yığmaq niyyətindədir. Avengers komandasının əvvəllər qarşılaşdıqları bütün hadisələr bu yekun nəticəyə gətirirdi. Yer kürəsinin taleyi hələ bu dərəcədə qeyri-müəyyən olmamışdır. Rejissorları Anthony Russo və Joe Russo olan filmdə baş rolları Robert Downer Jr, Chris Evans, Chris Hemsworth, Tom Hiddleston, Chris Pratt, Benedict Cumberbatch, Tom Holland, Mark Ruffalo, Jeremy Renner, Sebastian Stan, Josh Brolin, Dave Bautista, Paul Rudd, Tessa Thompson, Scarlett Johansson, Elizabeth Olsen, Zoe Saldana və digərləri canlandırıblar. Avengers: Infinity War filminin premyerası gələn ay baş tutacaq. Lakin azərbaycanlı izləyicilər şəhərimizin kinoteatrlarında filmi 3 May tarixindən etibarən izləyə biləcəklər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
