Bakıda Dota 2 oyunu üzrə Red Bull Son Çempion çemipionatı keçirildi ( Çempion Məlumdur )

27.11.2017 0 PAYLAŞIM 1144 OXUNMA

    Azərbaycanda ilk dəfə Dota 2 oyunu üzrə ixtisaslanmış “Red Bull Son Çempion 2017” çempionatı keçirilib. Qeydiyyatdan keçən 24 komanda finala vəsiqə qazanmaq uğrunda, "2 qələbəyə qədər" qaydası ilə mübarizə apardılar.

    Final oyununda rəqibini 2-0 hesabı ilə məğlub edən Young P.I.M.P.S and O.G komandası Türkiyədə keçiriləcək “Red Bull Son Şampiyon 2018” çempionatında iştirak etmək imkanını qazandı. Bu turnir ESL oyun seriyalarına aiddir.    Mükafatlandırma mərasimindən sonra qalib komandanın kapitanı Teymur Nağıyev və oyunçulardan biri olan Sənan Hüseynov dedilər:

    "Biz, qələbəyə və Türkiyədə öz gücümüzü göstərmək imkanına çox şadıq. Bu iki ağır gün idi, amma komanda işi bu gün bizi çox güclü rəqiblərə qarşı qələbəyə gətirib çıxardı." "Biz – gənc komandayıq və anlayırıq ki, Türkiyədə kiberidmançıların səviyyəsi çox yüksəkdir. Ona görə də bizi, fevral ayında “Red Bull Son Şampiyon 2018” turnirinə yollanmadan öncə çoxlu məşqlər gözləyir."

    Dota-2 – Valve Corporation tərəfindən hazırlanan çoxistifadəçili kompüter oyunudur. Bu gün bu oyun fəal kiberidman növüdür və bütün dünyadan müxtəlif beynəlxalq yarışlarda və liqalarda mübarizə aparan çox sayda peşəkar komandaları cəlb edir. Dota-2 kiberidman tarixində ən yüksək mükafat fondlu oyun növüdür, bu mükafatlar iyirmi milyon dollara çatır.    Oyunda öz bazasına malik, hər biri beş oyunçudan ibarət olan iki komanda iştirak edir. Bütün oyunçular müxtəlif rollara, qabiliyyətlərə və oyun üslubuna malik olan qəhrəmanı seçirlər. Nəticədə bir saatdan çox davam edə bilən oyunda, rəqibin əsas qalasını dağıdan komanda qalib gəlir.