
Baş rolda Jackie Chan-ın iştirakı ilə "The Foreigner" filminin ilk traileri
Oyun və Film
27.06.2017
Emil
Öncə amerikalıları, daha sonra vyetnamlıları öldürmüş
Vyetnam müharibəsi veteranı Quan, həbsdə olandan sonra öz ailəsi ilə birlikdə
ölkədən qaçır. Lakin yolda onun iki qızı dəhşətli şəkildə vəfat edir. Daha
sonra o, yeganə qızı və həyat yoldaşı ilə birlikdə Londona köçərək orda sakit həyat
tərzi yaşamağa başlayırlar. Lakin günlərin birində baş verən terror hadisəsi nəticəsində
Quan-ın yeganə qızı və həyat yoldaşı vəfat edir. Hökümətin bu məsələyə laqeyd
yanaşdığını görən Quan, özü terrorçuları axtarıb məhv etmək qərarına gəlir.
Rejissoru Martin Campbell-in olduğu filmdə baş rolları Jackie Chan, Pierce Brosnan, Orla Brady, Simon
Kunz və digərləri canlandırıblar. “The Foreigner” filminin premyerası bu ilin Sentyabr ayında baş
tutacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
