Logo
    main-post-cover

    Clash of Clans oyununa yeni sistem gəlir!

    Clash of Clans developerlərindən yeni xəbərlər gəldi. Bu dəfə oyuna böyük olmayan, amma ciddi dəyişikliklər olunur. Bildiyiniz kimi oyuna yeni əlavə olunan TH11 və yeni qalxanqənimət sistemi oyunçuların xoşuna gəlməmiş, oyunu tərk etmələrinə səbəb olmuşdu. Daim şikayət məktubları alan Supercell bu vəziyyəti düzəltmək və oyunçuları geri qaytarmaq üçün yeni sistem yaradır. Sistemin təfərrüatları belədir:

    STAR BONUS (ULDUZ BONUSU)
    Bu yeni bonus sistemi ilə siz gündəlik müəyyən miqdarda qənimət alacaqsınız. Bəzi oyunlardan bildiyiniz daily reward sisteminin bu oyuna optimizasiya olunmuş formasıdır. Amma bu bonusu ala bilmək üçün sizə 5 normal savaş ulduzu lazım olacaq. Belə ki, hər gün normal savaşlardan alınan 5 və daha çox ulduzla bu bonusu da alacaqsınız. Aldığınız bonuslar Klan Qalasında qorunacaq. Burada Treasury adlanan hissə olacaq. Bu hissə klan savaşı bonuslarından onunla fərqlənəcək ki, burada toplanan qənimətin çox cüzi miqdarı oğurlana bilinəcək. Yəni qənimətin böyük hissəsi sizə məxsus olacaq.

    LOOT CARD (QƏNİMƏT KARTI)
    Bu yeni sistemlə siz oğurlanan qənimətinizin müəyyən bir qismini qaytara biləcəksiniz. Ərazidə gem box kimi peyda olacaq bu kartları toplayaraq əvəzində qənimət alacaqsınız. Buradan aldığınız qənimət də Klan Qalasında toplanacaq.
     
    Qeyd edək ki, bonusun miqdarı haqqında məlumat verilməyib. Yeniləmənin gələn həftə ərzində oyunçulara göndərilməsi nəzərdə tutulub.
    Paylaş
    Bənzər xəbərlər