Logo
    main-post-cover

    Clash of Clans\'dan rəsmi yenilənmə məlumatı: Town Hall 11 ilə gələn yeniliklər #4

    Keçən yazılarımızda Clash of Clans developerləri hücum və müdafiə haqqında bir çox məlumat verdilər. Artıq developerlər Town Hall 11 ilə gələcək yeniliklər barədə açıqlama verməyə başlayıblar. Bu gündən etibarən yeni bina da daxil olmaqla oyunda baş verən yeni əlavələrdən danışılacaq. Bu günkü açıqlama isə ərazinin sahəsi, klan savaşları və savaş vaxtları ilə bağlıdır. Bəs onlar nədir? Elə isə başlayaq...
                                                  
     
    • Artıq ərazinizin ölçüsü daha böyük olacaq. Belə ki, hal hazırda ərazimizin ölçüsü 40x40 həcmindədir. Amma gələcək yenilik ilə bu ölçü 44x44 ölçüsündə olacaq. Bu isə ərazinin 21% daha böyüməsi deməkdir. Developerin qeyd edir ki, oyundaki yeni müdafiənin həcmi də 4x4 həcmində olacaq. Amma bununla yanaşı yeni depo, yeni bina və s. də gələ bilər. Amma bu barədə dəqiq məlumat növbəti günlərdə olacaq.
    • Yeni gələcək versiyada artıq ərazinizdə mövcud olan və təmizlədikdə gems qazandıran çalı-çırpıların yerini dəyişmək olacaq. Bəzən onların arasında elələri olur ki, onları ləğv etmirik və bu istədiyimiz ərazi sxemini qurmağa mane olur. Artıq belə olmayacaq. Onların üzərinə toxunduqda sizə yerini dəyişməyi təklif edəcək.
    • Ümumi savaş zamanı artırılıb. Artıq savaşlar 3 dəqiqə ərzində deyil, 3 dəqiqə 30 saniyə ərzində olacaq. Bu ərazinin genişlənməsi ilə bağlıdır. Bu yenilik əsas etibarilə 9.cu səviyyə binası olanların işinə yarayacaq. Çünki gowihog hücumu zamanı bəzən zaman yetmirdi. Oyunçular bəzən 99%də, bəzən isə daha az 95%də qalırdılar. Artıq tam yıxmaq üçün müəyyən zaman olacaq.
    • Klan savaşlarına hazırlıq zamanı azaldılıb. Artıq savaşlar 24 saat yox, 23 saatdan sonra başlayacaq. Bununla da davamlı savaş edən klanların eyni vaxtda savaşı başlatmaları təmin olunacaq.
     
     
    Paylaş
    Bənzər xəbərlər