
Clash of Clans\'dan rəsmi yenilənmə məlumatı: Town Hall 11 ilə gələn yeniliklər #5
Oyun və Film
07.05.2017
Farid
Bu gün Clash of Clans xəbərlərinə yeni biri daha əlavə olundu. TH11 ilə gələn yeniliklər adı altında yayımlanan bu postda klan qalası əməliyyatları nəzərdə tutulub. "Böyük" yeniləmə verilən bu versiyada artıq klan qalasında əsgərlə yanaşı sehir (spell) də istəyə bilərsiniz. Amma bu sehir normal sehir deyil, qara sehir fabrikindən olacaq. Həmişəki kimi 35 əsgər istəniləcək klanda yalnızca 1 ədəd sehir istənilə biləcək. Yəni klan qalanızda maksimum 35 əsgər və 1 sehir saxlaya biləcəksiniz.
Oyunda gələn yeniliklərdən biri də klan istəkləri menyusudur. Artıq "donate" düyməsinə basdıqda yeni menyu açılır və istənilən əsgəri yollaya bilirsiniz. Həm də bu menyuda sizin qalanızda nə olduğunu görə bilirsiniz. Beləliklə, artıq əsgər göndərdikdə hər dəfə biləcəksiniz ki, sizin qalanızda nə var.
İndi isə klan qalasına göndərilən sehirin necə işlədildiyiniz izah edək. Klan qalasına göndərilmiş sehir əsgərlərin olduğu qaladakı kimi hər hansı bir klan qalası işarəsinə sahib deyil. Savaşda klan qalasındakı sehir normal sehirlərin yanında olacaq. Yəni əsgərlərin olduğu klan işarəsini basdıqda yalnız əsgərlər çıxacaq. Sehir isə normal sehirlərlə birlikdə savaşda görünəcək.
Yeniliklə bağlı videonu isə buradan izləyə bilərsiniz..
Paylaş
Bənzər xəbərlər