
Clash of Clans\'dan rəsmi yenilənmə məlumatı: Town Hall 11 ilə gələn yeniliklər #7
Oyun və Film
07.05.2017
Farid
Bu gün Clash of Clans Sneek Peaks bölümündə daha bir yenilik açıqlandı. Bildiyimiz kimi yeni bina ilə yanaşı oyunda yeni strukturların da olacağı qeyd olunmuşdu. Bu gün edilən açıqlamada isə binasını 11.ci səviyyə edən oyunçular yeni müdafiə strukturlarına sahib olacaqlar. Bunların nə olduqları barədə belə qeyd olunub:
- Yeni Oxçu Qülləsi (Arhcher Tower)
- Yeni Top (Canon)
- Yeni Sehirbaz Qülləsi (Wizard Tower)
- Yeni X-yay (X-Bow)
Onu da qeyd edək ki, artıq ərazinizdə 8 oxçu qülləsi, 7 top, 5 sehirbaz qülləsi və 4 x-yay olacaq. Ərazinin genişlənməsi də məhz bununla bağlı idi. Yeni divarların əvvəldə verilməsi də oyunun "böyük" yeniliyində yeni strukturların əlavə olunmasına işarə edirdi. Bundan başqa, oyunda 9.cu səviyyə Binası olanlar da düşünülüb. Artıq 9.cu səviyyə binası olanlar dondurma sehrindən istifadə edə biləcək. Amma sadəcə 1.ci səviyyəsi açıq olacaq.
Artıq 9.cu səviyyəyə malik binası olanlar da Klan Savaşlarında 10.cu səviyyəli binalara hücum edəcəklər. Bunu belə etməklərinin səbəbini isə belə qeyd ediblər, 9.cu səviyyədə oyuncuların olduğu klanlarda bəzən balans düz gəlmir, onlar da məcbur 10.cu səviyyəli binalara hücum edirlər. Bu səbəbdən 9.cu səviyyəyə binaya sahib olanlar bu sehirdən istifadə edə biləcək.
Paylaş
Bənzər xəbərlər