Reklam
'Dead Space' yaradıcısının yeni qorxu oyunu 'The Callisto Protocol'dan fotolar təqdim edilib

'Dead Space' yaradıcısının yeni qorxu oyunu 'The Callisto Protocol'dan fotolar təqdim edilib

Oyun və Film
25.05.2022 PAYLAŞIM

    İnternetdə survival-horror janrına aid olan yeni “The Callisto Protocol” oyunu barəsində məlumatlar ortaya çıxıb. Məlumatlarla yanaşı oyunun yeni fotoları da yayımlanıb. Beləliklə sözügedən oyunda oyunçular Jacob Lee adlı personajı idarə edəcəklər. Bu personaja xarici görünüşünü isə “Transformers” film seriyasından tanınan aktyor Joshua Duhamel təqdim edib. Oyunun süjet xəttinə əsasən Yupiterin peyklərindn biri olan Kallistoda mənşəyi bilinməyən virus Black Iron adlı yerli həbsxananın sakinlərini qorxunc mutantlara çevirir. Oyunun yaradıcıları oyunda olan mutantların yaradılması prosesində məhz insanlardan ilhamlanıblar. Belə ki, onlar real insanları skan ediblər və daha sonra skan nəticəsində əldə edilmiş modelləri eybəcərləşdirərək virusun yaratdığı mutasiyanın müxtəlif mərhələlərini əks etdiriblər.

    “Dead Space” oyununda olduğu kimi “The Callisto Protocol” oyununda da mutantları parçalara ayırmaq mümkün olacaq. Bununla belə onların bədənlərinin müxətlif hissələrini parçalamaqla onların öldürülmə üsullarını fərqli şəkildə reallaşdırmaq olacaq. Məsələn əgər mutantın ayağına atəş açılsa, o, yerdə sürünməyə başlayacaq. Bu halda oyunçu onu sadəcə olaraq tapdalaya bilər. “Dead Space” oyunlarında olduğu kimi burda da havalandırma sistemləri mühüm rol oynayacaqlar. Belə ki, mutantlar havalandırma sistemlərindən istifadə edərək oyunçuya ani hücum reallaşdıra bilərlər. Bundan əlavə olaraq “Dead Space” seriyasında olduğu kimi “The Callisto Protocol”-da da oyunçu telekinez bacarığından istifadə edə biləcək.


    Qeyd etmək lazımdır ki, oyunun hazırlanma prosesinə rəhbərlik edən şəxs Glen Schofield-dir. Məhz bu şəxs ilk “Dead Space” oyununun hazırlanma prosesinə rəhbərlik etmişdi. Onu hətta “Dead Space” seriyasının atası adlandırmaq olar. “The Callisto Protocol” oyununun ideyası onda 2019-cu ildə yaranmışdı. İlk əvvəl o, hadisələrin Yer kürəsində cərəyan edəcəkləri bir oyun yaratmaq istəyirdi. Lakin daha sonra süjet xətti Yupiterin peyki Kallistoya köçürüldü. “The Callisto Protocol” bu ilin ikinci yarısında Xbox Series S, Series X, Playstation 5 konsolları və PC üçün satışa çıxmalıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Növbəti 'Battlefield' oyunu süjet xəttinə sahib olacaq

“Battlefield” seriyasının növbəti oyunu oyunçulara süjet xətti (singleplayer rejimi) təqdim edəcək...


'The Boys' serialının yaradıcısı Hideo Kojima-dan serial əsasında oyun hazırlama..

Bir neçə gün bundan öncə məşhur yapon game dizayner Hideo Kojima bildirmişdi ki, o, vaxtı ikən “The ..


Yeni 'Need for Speed' barəsində məlumatlar verilib

Yeni “Need for Speed”-in yaradıcıları digər məşhur yarış seriyası olan “Forza Horizon”-dan ilhamlanı..


Hideo Kojima vaxtı ikən 'The Boys' serialı tərzində yeni oyun üzərində çalışırmı..

Məşhur yapon game dizayner Hideo Kojima vaxtı ikən güclü super qəhrəmanlara qarşı mübarizə aparan de..


'God of War: Ragnarok' oyunu barəsində yaxın zamanda yeni məlumatlar təqdim edil..

Son həftələr doğru insayder məlumatları ilə məşhurluq qazanmış Twitter-in The Snitch ləqəbli istifad..


'Ghost of Tsushima 2'?: Sucker Punch studiyası PS5 üçün yeni eksklüziv oyun üzər..

“Infamous” oyun seriyası və “Ghost of Tsushima” oyunu ilə məşhurluq qazanmış Sucker Punch Production..

×