Electronic Arts şirkəti ''Open World Star Wars'' oyunu üzərində işləyir
Digər
Oyun və Film
26.03.2018
Orxan Oguz
Star Wars seriyası oyunlarını əsasəm Electronic Arts DİCE studiyası hazırlasa da Visceral Games də Star Wars oyunu üzərində işləyirdi. Amma Electronic Arts sözügedən studiyanı ötən ay bağladı və Star Wars layihəsi Electronic Arts Vancouver-ə həvalə edildi. Əvvəldən hekayə əsasında qurulmuş Star Wars oyunu əvvəlki quruluşundan tamamilə uzaqlaşdırılacaq və onlayn açıq dünya oyunu olacaq.
Bu qədər məlumatın mənbəyi isə iş elanıdır. Bu elana görə açıq dünya Star Wars oyunu üçün baş onlayn mühəndisi tələb olunur. Bununla da bitmir. Electronic Arts yeni Star Wars oyunu üçün məhsul dizayneri və baş konsept rəssamı üçün iki ayrı şəxs də axtarır. Electronic Arts 2013-cü ildə də oxşar iş elanları vermişdi.
Star Wars oyunları Battlefield oyunlarıyla arada 1 il vaxt qoyaraq bazara çıxarılır. Bu il Battlefield oyununun bazara çıxarılacağını nəzərə alsaq 2019-cu ilin qışında Star Wars oyunu təqdim olunacaq.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!