
Far Cry 5 oyununun ilk trailer və məlumatları təqdim olundu
Oyun və Film
26.05.2017
Emil
“Ubisoft” şirkəti rəsmi olaraq Far Cry 5 oyununun ilk trailer və məlumatlarını paylaşıb.
Yeni oyunda hadisələr ABŞ-ın Montana ştatındakı Hope adlı əyalətdə cərəyan edəcək. Sözügedən əyaləti isə Eden’s Gate adlı qruplaşma idarə edir.
Oyunçular isə öz növbəsində bu qruplaşmaya qarşı mübarizə aparmalı olacaqlar.
Oyunçular oyunun singleplayer rejimini tək başına və ya co-op rejim vasitəsilə
dostları ilə birlikdə oynaya biləcəklər. Oyunçu öz personajının dəri rəngini,
cinsini və digər özəlliklərini ayarlaya biləcək. Bundan əlavə olaraq seriyanın
keçmiş oyunlarında da olduğu kimi Far Cry 5-də oyunçuları çoxlu sayda müxtəlif
növ silahlar, təyyarələr, hərbi və mülki nəqliyyat vasitələri gözləyir. Yeni
oyunu Far Cry 3 və Far Cry 4-ü yaratmış Ubisoft Montreal studiyası hazırlayır.
Far Cry 5, 2018-ci ilin Fevral ayında PC, PS4 və Xbox One üçün satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər