Logo
    main-post-cover

    Final Fantasy-ni bitirmək üçün bizə 200 saat lazım olacaq.

    Square Enix bir neçə həftə bundan qabaq Final Fantasy 15 -dəki Chocobo-lar haqqda 2 dəqiqəlik video yayımlamışdı. Oyun şirkətinin icraçı direktoru Hajime Tabata, Final Fantasy 15 haqqında yeni məlumatlar paylaşıb.

    Oyunun əsas ssenarisinin 40-50 saat, digər əlavə tapşırıqlarla bir yerdə isə tam olaraq oyunun 100 saat davam edəcəyi haqqda məlumatlar verilib. Lakin digər xırdalıqların da oyuna daxil olması ilə oyun tamamilə 200 saat davam edəcək.

    Bu oyun izləyicilər tərəfindən bir xeyli vaxtdır ki, maraqla gözlənilir. Hajime Tabata deyib ki, oyuna çoxlu yeniliklər əlavə olunacaq. Final Fantasy 15, 30 sentyabr tarixində PS4 və XboxOne üçün oyunçuların istifadəsinə veriləcək.


    Paylaş
    Bənzər xəbərlər