Reklam
'Ghost of Tsushima 2'?: Sucker Punch studiyası PS5 üçün yeni eksklüziv oyun üzərində çalışır

'Ghost of Tsushima 2'?: Sucker Punch studiyası PS5 üçün yeni eksklüziv oyun üzərində çalışır

Oyun və Film
22.06.2022 PAYLAŞIM

    “Infamous” oyun seriyası və “Ghost of Tsushima” oyunu ilə məşhurluq qazanmış Sucker Punch Productions studiyası PS5 üçün yeni oyunu üzərində aktiv şəkildə çalışmağa başlayıb. İstifadəçilər aşkar ediblər ki, studiyanın hazırladığı yeni oyunda stealth elementlər, open-world xəritə və soyuq silahdan istifadə imkanı mövcud olacaq. Studiyanın yeni oyunu barəsində məlumatlar vakansiyalar siyahısında aşkar edilib. Belə ki, studiyanın elan etmiş vakansiyalarına əsasən o, oyunda olacaq döyüş sistemi üçün texniki və baş dizayner axtarışındadır. İşə qəbul ediləcək 2 nəfər mütəxəssis AAA səviyyəli oyun üzərində çalışacaq.


    Maraqlısı ondadır ki, işə qəbul ediləcək namizədlər həmçinin studiyanın keçmiş oyunları ilə yaxından tanış olmalıdırlar. Bundan əlavə olaraq onlar oyunda düşmənlərlə qarşılaşma üzrə rəngarəng gameplay vəziyyətlərini yarada bilməlidirlər. Bütün bu məlumatlardan istifadəçilər belə qənaətə gəliblər ki, hal hazırda Sucker Punch studiyası “Ghost of Tsushima 2” oyunu üzərində çalışır. Studiyanın əvvəlki vakansiyalarında “Ghost of Tsushima 2” oyununa bəzi işarələr mövcud idi. Qeyd etmək lazımdır ki, “Ghost of Tsushima” 2020-ci ildə eksklüziv olaraq PS4 üçün satışa çıxmışdı. 2021-ci ildə isə onun PS5 üçün nəzərdə tutulmuş versiyası satışa çıxdı.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni 'Need for Speed' barəsində məlumatlar verilib

Yeni “Need for Speed”-in yaradıcıları digər məşhur yarış seriyası olan “Forza Horizon”-dan ilhamlanı..


Hideo Kojima vaxtı ikən 'The Boys' serialı tərzində yeni oyun üzərində çalışırmı..

Məşhur yapon game dizayner Hideo Kojima vaxtı ikən güclü super qəhrəmanlara qarşı mübarizə aparan de..


'God of War: Ragnarok' oyunu barəsində yaxın zamanda yeni məlumatlar təqdim edil..

Son həftələr doğru insayder məlumatları ilə məşhurluq qazanmış Twitter-in The Snitch ləqəbli istifad..


Xbox & Bethesda Games Showcase: 'Starfield', yeni 'Forza Motorsport' və Hide..

Dünən Microsoft şirkəti tərəfindən keçirilmiş Xbox & Bethesda Games Showcase 2022 tədbiri çərçiv..


'Call of Duty: Modern Warfare II'nin ilk gameplay videosu sərgilənib (VİDEO)

Keçirilmiş Summer Game Fest 2022 adlı online tədbir çərçivəsində Activision Blizzard şirkəti hazırla..


'The Last of Us' oyununun Playstation 5 və PC üçün remake versiyası anons edilib..

Nauhty Dog studiyasının kreativ direktoru Neil Druckmann gecə saatlarında keçirilmiş Summer Game Fes..

×