
Google real həyatda emoji axtarışı üçün Emoji Scavenger Hunt oyununu təqdim edib (VİDEO)
Oyun və Film
09.05.2018
Emil
Google şirkəti süni zəka
texnologiyası əsasında hazırlanmış Emoji Scavenger Hunt adlı oyununu təqdim
edib. Bu oyunla tərtibatçılar insanlara real həyatda emojilərin tapılmasını təklif
edirlər. Oyunu işə salan zaman ekranda smaylik formatında müəyyən əşya əks
olunur və istifadəçi smartfon kamerası vasitəsilə həmin əşyanı tapmalıdır. Nəzərə
almaq lazımdır ki, bu halda istifadəçiyə müəyyən vaxt intervalı verilir. Lakin
hər dəfə təqdim olunmuş əşyanı tapdıqdan sonra həmin vaxt intervalı böyüyür.
Oyun şirkətin rəsmi saytında aktivdir və onu işə salmaq üçün smartfonda əlavə
yaddaşa ehtiyac yoxdur. Belə ki, oyun brauzer vasitəsilə çalışır və Google
serverlərində məlumatları emal etmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
