
Hamının sevimlisi sarı transformer geri qayıdır: Bumblebee filminin ilk traileri
Oyun və Film
05.06.2018
1987-ci il. Təqiblərdən gizlənən
Bumblebee Kaliforniya şatının hansısa şəhərinin avtomobil zibilliyində özünə
sığınacaq tapır. Charlie adlı qızın 18 yaşı tamam olmaq üzrədir və o, həyatdakı öz
yerini axtarır. Nəticədə məhz Charlie Bumblebee-ni tapır. Lakin sonradan ona
aydın olur ki, bu heç də sadə Volkswagen
avtomobili deyil. Rejissoru Travis Knight-ın olduğu filmdə baş rolları
Hailee Steinfeld, John Cena, Martin Short, Pamela Adlon, Megyn Price və digərləri
canlandırıblar. Bumblebee filminin premyerası bu ilin Dekabr ayında baş
tutacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...