Logo
    main-post-cover

    James Bond haqqında olacaq yeni filmin premyera tarixi rəsmi olaraq açıqlandı

    Oyun və Film
    25.07.2017

    “EON Productions” və “Metro-Goldwyn-Mayer” şirkətləri, yeni James Bond filminin premyera tarixini açıqladılar.

    Verilən məlumata əsasən James Bond-a aid 25-ci film, 8 Noyabr 2019-cu il tarixində izləyicilərə təqdim olunacaq. Maraqlısı ondadır ki, yeni filmin premyera tarixi açıqlanan zaman aktyor Daniel Craig-in həmin filmdə iştirakı barədə heç bir məlumat verilməyib. Bundan əlavə olaraq filmin rejissorunun adı və filmin tam adı da açıqlanmayıb. Bu cür tədbirlər üçün isə belə bir gedişat qəribədir. Açıqlanmış premyera tarixi çərçivəsində James Bond haqqında olacaq yeni filmin hələki heç bir rəqibi yoxdur. Qeyd etmək lazımdır ki, “007: Spectrefilminin premyerasından sonra Daniel Craig bildirmişdi ki, bir daha James Bond roluna geri qayıtmayacaq. Lakin daha sonra o qeyd etmişdi ki, öz iddiasını bir qədər böyütmüşdü. Bu ayın əvvəlində isə şaiyələr yayıldı ki, filmin yaradıcıları, aktyoru sonuncu dəfə sözügedən film seriyasında oynamağa razı salıblar.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    James Bond haqqında olacaq yeni filmin premyera tarixi rəsmi olaraq açıqlandı | Technote