
'John Wick 3' filminin premyera tarixi açıqlandı
Oyun və Film
15.09.2017
Emil
Lionsgate və Summit film studiyaları, “John Wick 3” filminin premyera tarixini açıqladılar.
Verilən məlumata əsasən bir çoxları tərəfindən bəyənilən bu
film seriyasının 3-cü hissəsi, 17 May 2019-cu il tarixində izləyicilərə təqdim
olunacaq. Hələki həmin qrafikdə “John Wick 3” filminin hansısa rəqibi yoxdur.
Qeyd etmək lazımdır ki, əvvəlki iki film, böyük premyeraların olduğu ərəfələrdə
təqdim olunmamışdı. Çox güman ki, filmin yaradıcıları bu seriyada böyük
potensial gördükləri üçün, 3-cü hissəni, yay filmləri ərəfəsinə salıblar. 1-ci
film, 88 milyon dollar, 2-ci film isə 170 milyon dollar gəlir gətirmişdi. 3-cü
filmin rejissoru, keçmiş 2 filmi ərsəyə gətirmiş Chad Stahelski olacaq. Bundan əlavə
olaraq Lionsgate bir neçə müddət bundan öncə bildirmişdi ki, bu maraqlı seriya
təkcə filmlərlə deyil, həmdə televiziya serialları ilə də öz yoluna davam edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
