
'Lucy 2' və 'Taxi 5' filmləri gəlir
Oyun və Film
03.10.2017
Emil
Rejissor Luc Besson, fantastik film olan “Lucy”nin ikinci hissəsi üzərindəki işlərə başlayıb.
Məlumata əsasən bu cür qərar əsasən
EuroCorp studiyasının siyasətinin dəyişilməsindədir. Belə ki, Besson-un sonuncu
filmi olan “Valerian and the
City of Thousand Planets”in uğursuz olması səbəbilə studiya, az büdcəli
filmlərin çəkilməsinə qərar verib. Güman olunur ki, studiya, ingilis dilli izləyicilər
üçün nəzərdə tutulmuş kiçik fantastik filmlərin çəkilməsi ilə məşğul olacaq.

Bu
cür filmlərdən biri də “Lucy 2” olacaq. İkinci hissədə aktrisa Scarlett
Johansson-un oynayacağı hələki bilinmir. Qeyd etmək lazımdır ki, “Lucy” filmi,
2014-cü ildə böyük ekranlara çıxmışdı. Film, narkotik vasitə sayəsində öz
beynini 100% işə salaraq qeyri-adi bacarıqlara sahib olan qızdan bəhs edirdi.
40 milyon dollar büdcə ilə çəkilmiş film, ümumilikdə 460 milyon dollar gəlir gətirmişdir.
“Valerian and the City of a
Thousand Planets” filmi isə 177 milyon dollar büdcə ilə çəkilmiş və
ümumilikdə 223 milyon dollar gəlir gətirərək maliyyə cəhətdən uğursuz oldu. Qeyd
etmək lazımdır ki, Luc Besson həmçinin paralel olaraq “Taxi 5” filmi üzərində də
çalışır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
