Reklam
Məşhur insayder 'GTA VI' barəsində yeni məlumatlar verib

Məşhur insayder 'GTA VI' barəsində yeni məlumatlar verib

Oyun və Film
01.08.2022 PAYLAŞIM

    Oyun sahəsinin ən məşhur insayderlərindən biri olan Jason Schreier öz mənbələrinə istinadən GTA IV barəsində yeni məlumatlar verib. Beləliklə insayder Rockstar Games studiyasının keçmiş və indiki 20 əməkdaşı ilə ünsiyyət nəticəsində xəbər verib ki, GTA VI oyununun hazırlanmasına 2014-cü ildə start verilib və proses gözlənildiyindən daha ləng gedir. Son illərdə bu, koronovaris pandemiyası və Rockstar Games-in korporativ mədəniyyətinin dəyişməsi ilə bağlıdır. Belə ki, studiya öz işçilərinin oyun üzərində həddindən artıq çalışmaları siyasətindən imtina etmək prosesindədir. Verilmiş məlumata əsasən ilk əvvəl GTA VI xəritəsi Şimali və Cənubi Amerikanın böyük sahələrini əhatə edirdi. Lakin daha sonra studiya bu ideyadan imtina etməli oldu.

    Nəticədə yeni oyun xəritəsi Mayami şəhərinin uydurma versiyasını xatırladacaq. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, oyun satışa çıxandan sonra studiya müxtəlif yeniliklər çərçivəsində ona yeni əraziləri əlavə edəcək. Bununla belə məlumatda qeyd edilib ki, GTA VI dünyası GTA seriyasında ən böyüyü olacaq. Öz hesabatında insayder təsdiqləyib ki, oyunda iki baş qəhrəman və baş qəhrəmanlardan biri Latın Amerika əsilli qadın olacaq. Qeyd etmək lazımdır ki, baş rolda qadın personaj GTA seriyası üçün bir ilk olacaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, yeni oyunun hazırlanma prosesinə həmçinin Rockstar Games-in həmtəsisçisi Dan Houser-in studiyadan ayrılması da təsir göstərib.


    GTA VI-da müxtəlif azlıqları və marginal qrupları əhatə edən zarafatların daha az olacağı gözlənilir. Oyunun nə zaman satışa çıxacağı məsələsinə gəldikdə isə analitiklər düşünürlər ki, GTA VI növbəti maliyyə ilində (2023-cü ilin aprel ayından 2024-cü ilin mart ayına kimi) satışa çıxacaq. Lakin oyun üzərində çalışanlar bu cür zaman aralığına skeptik yanaşırlar. Studiya əməkdaşları bildiriblər ki, onlar dəqiq tarix barəsində heç bir fikirə sahib deyillər və yaxın 2 il ərzində oyunun satışa çıxmasını gözləmirlər. Digər tərəfdən Rockstar Games-in tələsməsinə heç bir səbəb yoxdur. Belə ki, GTA V ilə GTA Online hələ də studiyaya hər il külli miqdarda gəlir gətirir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur insayder yeni 'Assassin's Creed' barəsində məlumatlar verib

Məlumdur ki, hər bir yeni “Assassin’s Creed” oyunu müəyyən tarix dövrünü əhatə edir.


'RoboCop: Rogue City' oyunu anons edilib (VİDEO)

Teyon adlı studiya 1987-ci ildə böyük ekranlara çıxmış məşhur “RoboCop” filminin baş qəhrəmanına həs..


Ubisoft iOS və Android üçün 'Tom Clancy’s The Divison Resurgence' oyununu anons ..

Ubisoft şirkətiOS və Android cihazlar üçün nəzərdə tutulmuş “Tom Clancy’s The Divison Resurgence” oy..


'GTA VI'-nın mümkün məlumatları ortaya çıxıb

Kütləvi informasiya vasitələri “GTA VI”-ya mümkün aidiyyatı olan məlumatlara fikir veriblər...


Növbəti 'Battlefield' oyunu süjet xəttinə sahib olacaq

“Battlefield” seriyasının növbəti oyunu oyunçulara süjet xətti (singleplayer rejimi) təqdim edəcək...


'The Boys' serialının yaradıcısı Hideo Kojima-dan serial əsasında oyun hazırlama..

Bir neçə gün bundan öncə məşhur yapon game dizayner Hideo Kojima bildirmişdi ki, o, vaxtı ikən “The ..

×