
PlayStation Experience 2015 tədbirində Ace Combat 7 anons oluna bilər
Oyun və Film
08.05.2017
Gələn həftə keçiriləcək PlayStation Experience 2015 tədbirində PS4 üçün Ace Combat 7 oyunu anons oluna bilər. Bu cür fikrə qərb və yapon mətbuatı Ace Combat İnfinity oyununun məlumatlarının yenilənməsindən sonra gəliblər. Oyunun məlumatları arasında seriyanın sayca 7-ci hissəsinin və PS4-ün adı keçir. Bandai Namco Games şirkəti isə bununla bağlı heç bir açıqlama vermir. Bizə isə sadəcə gözləmək qalır. Qeyd edək ki, Ace Combat 6 düz 8 il bundan əvvəl Xbox 360 üçün satışa çıxmışdır. 2011-ci ildə isə multiplatformalı Ace Combat: Assault Horizon satışa çıxdı. Daha sonra PS3 üçün F2P (free-to-play) Ace Combat İnfinity işıq üzü gördü.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...